Digər idman növləri
Azərbaycan yığmalarından Hindistanda ardıcıl 2-ci qələbə
Kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
Futbolinfo.az xəbər verir ki, kişilərdən ibarət yığma ikinci görüşünü Filippin seçməsinə qarşı keçirib və növbəti qələbəsini qazanıb. Komandamız ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələmişdi.
Qadınlar isə bu dəfə Finlandiyanın müvafiq kollektivi ilə üz-üzə gəlib və yenə darmadağına seviniblər. Yığma ilk qarşılaşmasında Birləşmiş Ərəb Əmirliklərini məğlub etmişdi – 4:0.
Ümumdünya Şahmat Olimpiadası
2-ci tur
30 iyul
Filippin – Azərbaycan – 1:3
Mark Paraqua – Rauf Məmmədov 0,5:0,5
Rocerio Barcenilya – Qədir Hüseynov – 0:1
Con Pol Qomes – Vasif Durarbəyli – 0,5:0,5
Paulo Bersamina – Nicat Abbasov – 0:1
Finlandiya – Azərbaycan – 0:4
Anastasiya Nazarova – Günay Məmmədzadə – 0:1
Yoanna Paasikanqas – Xanım Balacayeva – 0:1
Tanya Tuominen – Gülnar Məmmədova – 0:1
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva 0:1
Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi