Digər idman növləri
Azərbaycan yığması Belarusa qalib gəldi
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığını Bakıda davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçi olduğu komanda Belarus seçməsi ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda iyulun 18-də bu rəqibə qarşı keçirdiyi ilk oyunda 1:3, həmçinin ondan bir gün sonra Mərakeş yığması ilə oyunda 2:3 hesablı məğlubiyyətə üzülmüşdü. Komandamız iyulun 22-də İslamiadadakı rəqibi Mərakeş ilə daha bir yoxlama görüşündə üz-üzə gələcək.
Yoxlama oyunu
21 iyul
Azərbaycan – Belarus 3:2 (19:25, 25:23, 20:25, 25:23, 18:16)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…