Digər idman növləri
Azərbaycanın 17 cüdoçusu Malaqada yarışacaq
İspaniyanın Malaqa şəhərində 20-21 mayda gənclər arasında Avropa Kuboku keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, turnirdə 22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.
İdmançılarımız 22-24 may tarixlərində Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.
-60 kq
Nizami İmranov
Nurlan Kərimli
Əli Hacıyev
Eltun İmranov
Murad Muradlı
-66 kq
Samir Piriyev
İslam Rəhimov
Aydın Rzayev
Nicat Nağıyev
-73 kq
Süleyman Əliyev
Qadir Hüseynov
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
Xəyyam Əliyev
-90 kq
Əjdər Bağırov
İsmayıl Zamanov
+100 kq
Kənan Nəsibov
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…