Ölkə futbolu
Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı
Azərbaycanlı futbolçu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə 4-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Elgün Nəbiyev ötən mövsümün əvvəlindən “Limanoviya”da çıxış edirdi. 27 yaşlı vinger daha öncə Azərbaycanda “Zirə”, “Sabah”, “Sumqayıt” və “Səbail”in də uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…