Dünya futbolu
Azərbaycanlı futbolçular qol vurdular, “SKA-Xabarovsk” qalib gəldi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 35-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Voronej “Fakel”i ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının ilk qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 71-ci dəqiqədə fərqlənməklə hesabı bərabərləşdirib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşdə 90 dəqiqə meydanda olub. Xabarovskluların qələbə qolunu da 90+2-ci dəqiqədə məhz Qarayev vurub.
“SKA-Xabarovsk” 35 turdan sonra 59 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
- Dünya futbolu2024-01-20 19:57
İsgəndərli Türkiyədə ilk qələbəsinə sevindi
- Premyer-liqa2024-01-20 12:00
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2024-01-20 11:15
“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər
- Premyer-liqa2024-01-21 08:28
Fasiləyə Masazırda yekun vurulur: “Neftçi” “Sabah”a qarşı