Digər idman növləri
Azərbaycanlı gimnastdan bürünc medal
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü olub.
Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medala yiyələnib.
Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.