Digər idman növləri
Azərbaycanlı voleybolçu Macarıstan çempionu oldu
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova “Vaşaş” klubu ilə növbəti uğuruna imza atıb.
Futbolinfo.az xəbər verir ki, yığmamızın blokçusu 2021/22 mövsümündə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turniri və ölkə kubokunun ardınca Macarıstan çempionu tituluna da yiyələnib.
Ayşənin şərəfini qoruduğu “Vaşaş” finalda “Bekeşçaba”nı məğlub edib. Abduləzimovanın komandası seriyanın 5-ci matçında 3:0 hesabı ilə qalib gələrək, ümumi hesabda rəqibini qabaqlayıb – 3:2.
Bununla da “Vaşaş” 7-ci dəfə Macarıstan çempionu olub.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”