Dünya futbolu
Azarkeşlərdən üzr istədi – Millinin futbolçusu

İngiltərə millisinin müdafiəçisi Harri Maquayr UEFA Millətlər Liqasının 6-cı turunun Almaniya ilə oyunundakı (3:3) səhvlərinə görə yığma komandanın azarkeşlərindən üzr istəyib.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu komandasının buraxdığı ilk iki qolda səhvə yol verib. Sonra ingilislər ardıcıl üç qol vursalar da, oyun bərabərliklə bitib. Maquayr sosial şəbəkə hesabında bu sözləri yazıb:
“Səhvlər oyunun bir hissəsidir, üzr istəyirəm. Böyük güc və ruh bizə yenidən oyuna qayıtmağa imkan verdi. Gəlin müsbət cəhətləri götürək və Qətərdə keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyək. Çətin dövrlər bizi daha güclü edəcək”.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı