Premyer-liqa
Azarkeşləri “Qarabağ”la “Neftçi”ni ziyana saldı

Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən təhqiredici ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə “Qarabağ” klubu 800 manat cərimə edilib.
“Sabah” – “Şamaxı” oyununda “Sabah”ın oyunçusu Kristian Sebalyos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. “Şamaxı”nın oyunçusu Elçin Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şamaxı” klubu 1600 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in qapıçısının formasında qüsur olduğu üçün oyun vaxtında başlanmadığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. “Sumqayıt”ın oyunçusu Vüqar Mustafayev ikinci sarı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”