Premyer-liqa
“Azarkeşlərimizin dəstəyi ilə titula yiyələnmək istəyirik” – Refekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 36-cı turunun “Sabah”la qarşılaşmasından (1:0) sonra açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox yaxşı oyun oldu. Hər iki komanda gözəl oyun göstərdi. Penalti epizodunda bir az şanssızlıq oldu. Üç xal qazandıq. Hazırda bu, bizim üçün vacib idi. Azərbaycan kubokunun final matçı üçün bir həftə vaxtımız var. Şükürlər olsun ki, bu oyunda heç bir oyunçumuz zədələnmədi. Öncədən zədəsi olan futbolçular sıralarımıza qoşulub.
Əvvəlki oyunlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Bundan sonra kubok oyununu fikirləşəcəyəm. Dərinliyə gedib “Sabah”la oyunlarımızı xatırlamaq istəmirəm. İrəliyə baxmalıyıq.
Hər komanda üçün final oyunu vacibdir. Final oyunundan öncə qalib olmur. Şanslar bərabər olur. Sona qədər hər iki komanda mübarizə aparacaq. Belə oyunlarda hansı komanda daha yaxşı hazırlaşsa, üstünlük əldə etmiş olacaq. Bəxtimizdən elə gətirdi ki, kubokun final oyunu doğma stadionumuzda olacaq. Azarkeşlərimizin dəstəyi ilə titula yiyələnmək istəyirik. Stadionu doldurmaq üçün nəyə istəsəniz, söz verə bilərəm. Yenə deyirəm: hər iki komanda qələbə üçün çalışacaq. Açıq oyun gedəcək. Bütün fanatlarımız üçün kubok qazanmalıyıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…