Digər idman növləri
AzVİF Sumqayıt Velosiped İdman Klubu ilə əməkdaşlığa başladı
Ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası Sumqayıt Velosiped İdmanı Klubunun inkişafına və fəaliyyətinə dəstək məqsədi ilə klubla əməkdaşlığa başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Birgə işbirliyinin əsas məqsədi kütləviliyi təmin etmək, insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəyə həvəsləndirmək, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən Sumqayıt Velosiped İdmanı Klubuna velosipedlər və ehtiyat hissələri hədiyyə edilib.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi