Dünya futbolu
Bəhluldan imtina edən “Əl-Əyn” “Olimpiakos”un müdafiəçisini aldı
“Neftçi”nin Çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi “Olimpiakos”un futbolçusu Yassin Merya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 28 müdafiəçi “Əl-Əyn” klubuna keçib. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tunisli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Sabah”dan ayrılıb “Əl-Əyn” klubuna keçmək istəyən Bəhlul Mustafazadənin transferinin baş tutmadığını xəbər vermişdik. Ərəblər son anda Azərbaycan millisinin müdafiəçisi ilə rəsmi müqavilə imzalamaqdan imtina ediblər. “Sabah” klubu “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. “Ə-Əyn”ə keçidi alınmayan Bəhlul isə artıq azad agent statusundadır.
“Neftçi” bu gün Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunu çərçivəsində “Olimpiakos”u qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. “Neftçi” ilk matçda rəqibinə 0:1 hesabıyla uduzub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi