Ölkə futbolu
Bəs, Essyen Azərbaycan üçün yeni nəsil yetişdirəcəkdi? – REPLİKA
2019-cu ilin martında “Səbail”lə ilyarımlıq müqavilə imzalayan Maykl Essyen yola salındı. 38 yaşlı qanalı yarımmüdafiəçi ötən müddətdə ümidləri doğrultmadığı üçün məşqçilər onunla vidalaşmağı lazım bildi.
Təbii ki, bu vidada maliyyə məsələləri də rol oynadı. Komandaya heç bir xeyir vermədən yarım milyon avroya sahib çıxan ulduz oyunçu koronavirus pandemiyasından sonra xeyli azalan büdcəyə uyğun gəlmirdi. Klubun ümumi büdcəsinin az qala yarısını “mənimsəyən” Essyenin ölkəmizdə qalması absurd olardı.
Əslində, Mayklın gəlişi də yersiz idi. Ucuz reklama qaçan klub rəhbərliyi “Çelsi”, “Real” və “Milan”da oynamış qanalının simasından yararlanmaq istəyirdi. Ancaq veteran artıq o səviyyədə deyildi və sərgilədiyi futbolla hamını utandırdı.
“Səbail” rəhbərliyi bu transfer reallaşarkən addımına bəraət qazandırmaq üçün gülünc bəhanə göstərmişdi. Belə ki, Essyen eyni zamanda U-19 komandasının məşqçilər korpusunda daxil edilmişdi. Guya ki, qanalı karyerasını bitirdikdən sonra Azərbaycan futboluna xidmət edəcək, təcrübəsini yeni nəsillə bölüşəcəkdi.
Lakin zaman göstərdi ki, Essyen bura yalnız büdcəsini zənginləşdirməyə gəlib və klub rəhbərliyinin açıqlaması da yalan imiş. Sadəcə, yarım milyon avro Rövnəq Abdullayevin oğlunun ərköyünlüyü hesabına havaya sovruldu. Essyen isə yeni “qaz” axtarışına çıxıb və karyerasını bitirmək niyyətində deyil.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”