Bizi izləyin

Dünya futbolu

Bahalı mundialın maraqlı yenilikləri: texnologiya damğa vurur

blank
blank

Qətərdə keçirilən Dünya Çempionatında qrup mərhələsi yekunlaşır. Sürprizləri və sensasiyaları ilə yadda qalan mundial yenilikləri ilə də göz oxşayır.

Doğrudur, çempionatın spesifik ab-havası hamının ürəyincə deyil. Amma mundialın müəyyən yenilikləri ilə futbol tarixində təzə bir səhifə açdığını deyə bilərik.

Budəfəki Dünya Çempionatı ilk növbədə tarixin ən bahalı çempionatı kimi yadda qaldı. Qətər şeyxləri onun hazırlığına 200 milyard dollardan çox vəsait xərcləyiblər. Bu, 2018-ci ildə Rusiyada keçirilən yarışdan 10 dəfə çoxdur. Məhz bu səbəbdən mundialın mükafat fondu da xeyli yüksəkdir. Ümumi mükafat fondu 1 milyard dollar təşkil edir. Dünya çempionu olan komanda isə mükafat kimi 60 milyon dollar alacaq. Müqayisə üçün bildirək ki, 4 il əvvəl Rusiayadakı yarışın mükafat fondu 791 milyon dollar idi. Dünya çempionu olan Fransa millisi isə öz xəzinəsini 38 milyon dollar zənginləşdirmişdi.

Qətər mundialı texnoloji yeniliklərlə də zəngindir. Çempionatlar tarixində ilk dəfə olaraq burada ofsayd vəziyyətlərinin yarıavtomat şəkildə müəyyənləşdirməsi sistemi tətbiq olunur. Bu texnologiya artıq Klublararası Dünya Çempionatında sınaqdan keçirilib. Sistemdə hər futbolçunu xüsusi kamera ilə izləmə mexanizmindən istifadə olunur. Və oyunlar zamanı kameralardan gələn 3d görüntülər stadionların elektron tablolarında, eyni zamanda teleyayım zamanı nümayiş olunur. Bunun üçün hər bir stadionun eyvanında 12 xüsusi kamera yerləşdirilib.

Mundialda ilk dəfə olaraq azarkeş pasportu sistemi tətbiq olunur. Bu, hər bir azarkeşə verilən xüsusi kartlardır. Həmin kartda azarkeşlərin xüsusi identifikasiya nömrələri yerləşdirilib. Məlumatları aktivləşdirmək üçün isə xüsusi mobil tətbiqin yüklənməsi tələb olunur. Bu kartlar eyni zamanda azarkeşlərin Qətərə daxil olmaq icazəsidir. Kart sahibləri mundial vaxtı ictimai nəqliyyatdan pulsuz istifadə edir. Kart sahiblərinə 2023-cü il yanvarın 25-nə qədər Qətərdə qalmağa icazə də verilib. Dünya çempionatı vaxtı tıxacların qarşısını almaq üçün təşkilatçılar məktəblərin bağlı olacacağını, dövlət idarələrinin işçilərinin evdən onlayn şəkildə işlərini görə biləcəklərini bəyan edib.

Dünya Çempionatı vaxtı Qətərə 1 milyondan çox insan gəlib. Biletlərin qara bazarda satışını azarkeş kartları vasitəsilə aradan qaldırmaq mümkünləşib. Kartsız azarkeşlərin stadionun ətrafına belə yaxınlaşması mümkün deyil. Mundial vaxtı azarkeşlərin təhlükəsizliyi də ən yüksək səviyyədə təmin olunub.

Qətər dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkədə cinayətkarlığın səviyyəsi çox aşağıdır. Qətərdə turistlərin otellərlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə yerli hökumət sentyabr ayında xüsusi bronlama portalını istifadəyə verib. Burada otel, villa, kampus, hətta macəra həvəskarları səhrada xüsusi çadır belə sifariş edə bilirlər. Yaşayış yeri çatışmazlığının qarşısını almaq üçün hökumət yerli əhalinin evlərini icarəyə verməsinə də icazə verib.

Bu dəfə mundialda ilk dəfə olaraq qadın hakimlər də oyunların idarəçiliyində iştirak edir. Dünya çempionatı üçün Fransadan Stefani Fropar, Ruandadan Salima Mukansanqa, Yaponiyadan Yoşima Yumoşito sifariş olunub. Yan xətt hakimləri kimi isə Fransadan Neuza Bekk, Meksikadan Karen Dias Medina və ABŞ-dan Kartin Nezbitdi. Fropar dünən baş hakim kimi debüt etməklə mundiallar tarixinə düşə bildi. Ümumulikdə mundialda 36 baş hakim, 69 laysman və 24 VAR hakimi çalışır.

Qətərdəki mundial həm də tarixdə oyunun gedişində bir komandanın 5 əvəzetmədən istifadə etməsi ilə diqqət mərkəzinə düşdü. Doğrudur, pandemiya dövründə bu, klub futbolunda tətbiq olundu. Yenilik özünü doğrultduğundan bundan DÇ də öz payını aldı. Hətta reqlamentə əsasən, oyunun gedişində meydanda hanısısa bir oyunçu beyin silkələnməsindən meydanı tərk etsə, 6-cı əvəzetmə də reallaşa bilər. Buna da növbə çatdı və artıq ilk turda İran millisi İngiltərə ilə oyunda eyni səbəbdən 6 əvəzetməyə əl atdı.

Heyətlərdən söz düşmüşkən, buna qədər mundiuallarda komandalar 23 oyunçu sifariş edə bilirdisə, bu dəfə onların sayı 26-ya qalxdı.

Qətərdə keçirilən mundial bir məqamla da yadda qaldı. Bəli, tarixdə ilk dəfə mundial payız fəslində keçirildi. Təbii ki, bu da Qətərin iqlimi ilə əlaqədardır. Yay fəslində burada nəfəs almaq mümkün olmadığından FİFA sərin aylarda Dünya Çempionatının qapı-pəncərəsini açdı. Ölkə çempionatları bir aylıq tətilə çıxdı. Hələ ki, bu boşluqdan istifadə edib mundialın dadını çıxarırıq. 4 ildən sonra tarixdə ilk dəfə 3 ölkədə (Kanada, ABŞ və Meksika) keçiriləcək mundialda başqa yeniliklər də olacaq. Həyat dayanmır, inkişaf futbola da öz təsirini göstərir, yeniliklər zərururətə çevrilir.

AĞA

Reklam

Reklam


blank
Premyer-liqa2024-03-02 09:00

“Zirə” “Turan Tovuz”a, “Sabah” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-03-02 02:13

“Selta”ya 1 qol bəs etdi

blank
Dünya futbolu2024-03-02 02:00

PSJ-dən “Monako” ilə heç-heçə

blank
Dünya futbolu2024-03-02 01:48

“Latsio” “Milan”a evdə uduzdu

blank
Dünya futbolu2024-03-02 01:29

“Bayern”dən növbəti xal itkisi

blank
Premyer-liqa2024-03-02 00:53

“Sumqayıt” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-03-02 00:43

Azərbaycan yığması FIBA reytinqində irəlilədi

blank
Dünya futbolu2024-03-01 23:35

Diniyevli “Ümraniyəspor”dan inamlı qələbə

blank
Dünya futbolu2024-03-01 23:17

İlk oyunda qolsuz heç-heçə

blank
Digər idman növləri2024-03-01 22:48

“Azərbaycan Kubokunu qazanmaq istəyirik”

blank
Digər idman növləri2024-03-01 22:33

Formula 1-in yeni mövsümü keçənilkinin davamı oldu

blank
Premyer-liqa2024-03-01 22:21

“Deməli, Hissə görə gəlmisən…” – Samir Abasov

blank
Premyer-liqa2024-03-01 22:06

“Oyun istədiyimiz kimi baxımlı olmadı” – Adil Şükürov

blank
Digər idman növləri2024-03-01 21:57

“Neftçi” kubokda ilk qələbəsinə sevindi

blank
Ölkə futbolu2024-03-01 21:25

“Qarabağ”ın “Bayer”lə oyunlar üçün heyəti açıqlandı

blank
Premyer-liqa2024-03-01 20:55

“Sumqayıt” “Kəpəz”ə uduzdu

blank
Ölkə futbolu2024-03-01 20:30

“Bayer” “Qarabağ”la oyunlar üçün 31 futbolçu sifariş etdi

blank
Ölkə futbolu2024-03-01 19:39

“Kəpəz”in Futbol Akademiyasının açılışı oldu

blank
Digər idman növləri2024-03-01 19:08

AVF prezidenti Boriçiçlə görüşüb

blank
Digər idman növləri2024-03-01 18:40

Lebron Ceyms iki gün sonra tarix yazacaq

blank
Dünya futbolu2024-03-01 18:20

Ançelotti: “Bellingem sabah oynayacaq”

blank
Digər idman növləri2024-03-01 18:00

Karlos Sayns birinci oldu

blank
Dünya futbolu2024-03-01 17:44

Reşford narazıdır: “Yazılanların məqsədini bilirəm”

blank
Ölkə futbolu2024-03-01 17:31

AFFA-dan baş məşqçiyə 6 aylıq qadağa

blank
Ölkə futbolu2024-03-01 17:15

“Bu cür uduzmağa layiq deyildik”

blank
Ölkə futbolu2024-03-01 17:00

“Zirə” yeni transferini rəsmən açıqladı

blank
Digər idman növləri2024-03-01 16:45

FİA yarışların sayının artırılmasına qarşıdır

blank
Digər idman növləri2024-03-01 16:28

Tennis Federasiyasında böyük qalmaqal

blank
Dünya futbolu2024-03-01 16:11

“Real”da Ançelottidən narazılıq var

blank
Ölkə futbolu2024-03-01 15:48

İK-nın qərarları açıqlandı: Rövnəq Abdullayev namizəd olmayacaq

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm