Bizi izləyin

Ölkə futbolu

Bakıdan məğlub gedən “Qalatasaray” – bu dəfə həqiqətən gəlir

blank

“Qalatasaray” Bakıya gəlir” – bu sərlövhə illərdi idman mətbuatımızı bəzəyirdi. Amma Türkiyə nəhəngini yoldaşlıq görüşü üçün ölkəmizə “gətirən” jurnalistlərin “proqnozu” hər dəfə də boşa çıxırdı.

Hətta İstanbul klubunun rəsmiləri də müxtəlif vaxtlarda Bakıya gələcəkləri ilə bağlı vədər verir, şərtlər irəli sürürdü. Gah “Qarabağ”, gah “Neftçi”, gah da bir başqası qardaş pılkə təmsilçilərinin dueli eşqinə düşür, sonda “alınmadı” deyirdilər.

Bu dəfə alındı. Çünki indi qərarı reklam xatirinə hansısa klub rəsmisi verməyib. Püşk “Qalatasaray”ı Azərbaycaa gəlmək məcburiyyətində qoyub. Bu qismətdən qaçış yoxdu – gələcəklər, rəsmi oyun keçirəcəklər. Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ylə duel qaçılmazdı.

Kaş bu oyun panemya dövrünə düşməzdi, azarkeşlərin stadiona girişinə icazə verilərdi. O zaman hətta Bakı Olimpiya stadionunun tribunaları da tamamilə dolardı. Lakin qismət olmadı. İndi iki qardaş ölkənin komandası sükut içində futbol oynamalı olacaq.

“Neftçi”nin nəhəng rəqibi qarşısında şansını dəyərləndirməyə, proqnoz verməyə ehtiyac yoxdu. Səviyyə fərqi aşkar görünür. Təmsilçimiz sadəcə, oyuna motivasiya olunmalı, ən yaxşı futbolunu oynamalıdı. Bu matçın taleyini oyunçuların fərdi ustalığından, məşqçilərin taktiki gedişlərindən daha çox psixoloji hazırlıq, bizimkilərin döyüş ruhu, motivasiyası həll edəcək. Məğlubiyyət “Neftçi”yə irad tutulmayacaq, qələbə isə fantastika olar.

Bu, “Neftçi”nin Türkiyə nəhəngi ilə ilk rəsmi görüşü olacaq. Qardaş ölkənin müxtəlif klubları ilə yoldaşlıq görüşlərində üz-üzə gəlmişik, “Cim-Bom”la yollar isə kəsişməyib. “Fənərbaxça”, “Beşiktaş” zaman-zaman bizimkilərə rəqib olub, birincilər hətta Lənkərana gəlib. Avrokubokda isə “Turan” – “Fənərbaxça” matçlarından başqa, “Kəpəz” vaxtilə “Antalyaspor”la qarşılaşıb.

Bununla belə, “ağ-qaralar” hələ SSRİ dövründə “Qalatasaray”la görüşüb. O zaman bizim futbolun səviyyəsi Türkiyədən qat-qat üstün idi. Söhbət 60 il öncədən gedir.

İlk belə qarşılaşma 1960-cı il, iyulun 11-də baş tutub. O vaxt SSRİ çempionatları yaz-payız sistemi ilə keçirilirdi. “Neftçi” də yayda, dövrələrarası fasilədə Bakıda üç oyun keçirib. Ölkəmizə qonaq gələn “Qalatasaray” rəqiblərdən biri olub və qarşılaşma bizimkilərin 3:1 hesablı qələbəsi ilə bitib.

Ovaxtın Türkiyə mətbuatı oyunu belə şərh edib: “İstanbulun “Qalatasaray” peşəkar futbol komandası 8 iyulda Bakıya gəlib. Türkiyəli idmançılar hava limanında gənclər və əhali tərəfindən qarşılanıb, kiçik yaşlı məktəbli uşaqlar onlara çiçəklər təqdim edib. Azərbaycan Futbol Federasiyası adından danışan məsul bir şəxs qonaqlara “xoş gəldiniz” deyib və hər iki məmləkət (Türkiyə və Azərbaycan) arasında idman təmaslarının artırılmasının vacibliyini bildirib. Buna cavab verən “Qalatasaray”ın prezidenti Refik Səlimoğlu eyni fikirdə olduğunu söyləyib.

“Qalatasaray”lılar üç gün Bakıda qalıb və iyulun 11-də 50 min tamaşaçı önündə Respublika Stadionunda Bakının “Neftçi” komandası ilə dostluq qarşılaşmasına çıxıb. Türkiyə İstiqlal Marşı ilə Azərbaycan Milli Marşının (Azərbaycan SSR-in himni – red.) səslənməsindən sonra hər iki klub prezidentləri çıxış edib.

Oyunda 3:1 hesabı ilə Azərbaycan komandası qələbə qazanıb. “Neftçi”nin qollarını sağ cinah hücumçusu Kamil Eynullah (əslində Kamil Eynullayev – red.), “Qalatasaray”ın qolunu isə sağ cinah yarımmüdafiəçisi Ahmet Berman vurub.

Türkiyə klubunun nümayəndələri çıxışlarında Azərbaycanda isti və səmimi qarşılandıqlarını və qonaqpərvərlik gördüklərini bildiriblər” (oxu.az).

Tərəflərin ikinci qarşılaşması isə 30 il sonra – 1990-cı ilin yanvarın 17-də Türkiyədə baş tutub. SSRİ çempionatının I dəstəsində çıxış edən “Neftçi” yanvarın 12-də təlim-məşq toplanışı üçün İstanbula yola düşüb. Tərəflər məşhur “Ali Sami Yen” stadionunda qarşılaşıblar. Lakin “Neftçi”nin rəqibi “Qalatasaray”ın əsas yox, üçüncü liqada çıxış edən komandası (indiki əvəzedicilər – red.) olub.

İlkin məlumata əsasən, Türkiyə vaxtı ilə saat 13:30-da başlayacaq oyunda “Qalatasaray”ın əsas heyətindən İlyas Tüfəkçi, Kiçik Savaş (Savaş Koç) və Yusuf Altıntaş meydana çıxmalı idi. Lakin sonra məlum olub ki, İstanbul klubunun futbol bölməsinin rəhbəri Ərgün Gürsoy ABŞ-a getməzdən əvvəl bu üç futbolçudan başqa, Kiçik Bülənt (“Qalatasaray”ın kapitanı kimi 2000-ci ildə UEFA Kubokunu qazanmış, 2009/10 mövsümündə “Bakı” komandasının baş məşqçisi olmuş məşhur Bülənt Korkmaz – red.), Böyük Bülənt (Bülənt Alkılıç), Semih Yuvakuran və Böyük Savaşın (Savaş Dəmiral) da bu oyunda oynamasını istəyib. Lakin bu futbolçular matç günü ortada görünməyincə, “Qalatasaray”ın əvəzediciləri “Neftçi”nin önünə çıxıb.

Oyunun gedişatı haqqında da bizə Türkiyə mətbuatında o vaxt gedən yazı kömək olur: “Qalatasaray”ın III liqa komandası Azərbaycanın “Neftçi” klubu ilə 2:2 bərabərə qalıb. Çox az sayda tamaşaçı önündə oynanılan qarşılaşmada “Qalatasaray”ın III liqa komandası orta keyfiyyətdə futbol sərgilədi.

İlk qol qonaq komandadan gəldi. 10-cu dəqiqədə Vidadinin (Vidadi Rzayev) hava ötürməsindən sonra Yunis (Yunis Hüseynov) sərt zərbə ilə hesabı açdı – 0:1. “Qalatasaray” bu qola 12-ci dəqiqədə İlyasın sağ cinahdan hava ötürməsindən sonra Hakanın baş zərbəsi ilə cavab verdi – 1:1. 48-ci dəqiqədə “Neftçi” yenə üstünlük əldə etdi. Samirin (Samir Ələkbərov) sağ cinahdan vurduğu qüvvətli zərbədən sonra top tora qovuşdu – 1:2. 86-cı dəqiqədə hakim “Qalatasaray”ın lehinə gülməli penalti qərarı verdi. Qərara etiraz edən bakılı Arzu (Arzu Mirzəyev) qırmızı vərəqə aldı. Penalti zərbəsini isə Kemal yerinə yetirdi – 2:2. Qarşılaşma bu hesabla sona çatdı” (oxu.az).

AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov hər iki matçın iştirakçısı olub. O, ilk oyunda “Neftçi”nin qapıçısı, ikinci oyunda isə “Neftçi”də komanda rəisi kimi iştirak edib: “Onda mənim 25 yaşım vardı. “Neftçi”də həmin oyunda meydana çıxmış futbolçulardan, demək olar ki, sağ qalanı yalnız mənəm. Bir hissədə qapıda mən, digər hissədə Vladimir Kosenkov dayanıb. Onların qapıçısı və bir də Mətin Oktay adlı futbolçuları yadımdadır. Mətin əla futbolçu idi. Bakıdakı beynəlxalq oyunlarda SSRİ-nin yox, həmişə bizim himnimiz səslənirdi.

Yadımdadır ki, onlar köhnə “İnturist” mehmanxanasında qalırdı. Oyundan sonra komandamızın rəhbəri Mahmud İsgəndərovla “Qalatasaray”a baş çəkməyə getmişdik. Səhv etmirəmsə, ziyafət zamanı Sara Qədimova və Şövkət Ələkbərova da mahnı oxumuşdu.

Bakıdakı oyunlardan sonra Sudan və Efiopiyaya gedib, orada da matç keçirmişik. Fuad Musayevlə birgə AFFA-nın yaradıcısı olmuş Şövkət Orduxanovu da özümüzlə hakim kimi aparmışdıq”.

Çingiz İsmayılov ikinci qarşılaşma barədə isə bunları deyib: “Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Turan Yazqan o vaxt türkdilli ölkələrə səfər edirdi. Azərbaycana da gələndə bizi İstanbula dəvət etmişdi. Yanvarın 15-17-si aralığında “Qalatasaray”la oynadıq. Onların komandasının tərkibində üç alman futbolçu oynayırdı (əslində səhv xatırlayır, həmin dövrdə “Qalatasaray”da alman futbolçular oynamayıb – red.). Bizdə isə legioner yox idi, hamısı azərbaycanlı uşaqlar idi. Baş məşqçimiz Ruslan Abdullayev idi.

2:1 qalib gəlsək də, türk hakim bizim əleyhimizə penalti verdi. Arzu Mirzəyev də hakimə “Allahın olsun” dedi və bu sözə görə qırmızı vərəqə aldı. Biz bu oyundan sonra “Beşiktaş”la da oynamalı idik. Amma Bakıda yanvar hadisələrindən sonra bu oyundan imtina etdik. Dedik ki, biz oyuna çıxa bilmərik, Bakıya qayıtmalıyıq. “Beşiktaş” klubunun rəhbərliyi bizi anladı. Amma türkiyəli jurnalistlər bizə təxribatçı suallar verirdi ki, niyə oynamaqdan imtina edirsiniz?

Açığı, biz o vaxt “Qalatasaray”ın əsas heyəti ilə oynadığımızı bilirdik. Amma sizdən eşidirik ki, əsas komanda ilə oynamamışıq”.

Beləliklə, Bakıda yendiyimiz “Qalatasaray” bu dəfə Avropa Liqası matçı üçün ölkəmizə gəlir. Təəssüf ki, bu müddətdə yalnız illər dəyişməyib…

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-04-20 00:04

“Beşiktaş”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm