Dünya futbolu
Baloqun İngiltərə millisindən imtina etdi
Falorin Baloqun seçimini etdi. ABŞ-da doğulan, amma İngiltərə vətəndaşı olan hücumçunun hansı millidə oynayacağı bəllidir.
Futbolinfo.az xəbər verir ki, “Arsenal”a məxsus olan forvard ABŞ yığmasını seçib. O, İngiltərə millisindəki rəqabət üzündən daha çox oynamaq şansı qazanacağı doğma vətəninin komandasına üstünlük verib. Baloqunun daha öncə İngiltərənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etdiyini də xatırladaq.
21 yaşlı oyunçu “Arsenal”da yetişib və bu klubla 2025-ci ilədək müqaviləsi var. Hazırda icarə əsasında Fransada “Reyms”in şərəfini qoruyan Falorin məhsuldarlığı ilə məşhurlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı