Bizi izləyin

Müsahibə

“Baqada yox, klub olaraq “Sumqayıt”da alınmadı”

blank
blank

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ilk yarısını necə dəyərləndirmək olar?

– “Sumqayıt”ın yaxşı çıxış etmədiyini hamı gördü. Bu, bizi də narahat edir. Müxtəlif səbəblər göstərmək olar. Komanda ilk dəfədir əcnəbilərlə çıxış edir. Buna uyğunlaşma prosesi çətindir. Həm adaptasiya dönəminin çətin keçməsi, həm də məşqçi dəyişikliyi müəyyən rol oynadı. Hər şey üst-üstə gəldi, çətinlik yaratdı. Yenə də vəziyyəti düzəltməyə çalışacağıq. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşırıq. Çünki düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Mövsümün ikinci yarısında yaxşı nəticələr qazanaraq, turnir cədvəlində bir az yuxarı sıralara qalxmaq olar.

– Əvvəlki mövsümlərdə göstərilən nəticələri təkrarlamaq üçün nə çatmır?

– Əvvəlki komanda ilə indikini müqayisə etmək çətindir. Düzdür, əvvəlki “Sumqayıt” yaxşı nəticələr göstərirdi. Fakt odur ki, cari mövsümün ilk yarısında bu, bizdə alınmadı. Ancaq səbəbini də vurğuladım. Əcnəbilərlə oynamaq klub olaraq “Sumqayıt” üçün yeni dövrdür. Bu, o demək deyil ki, sırf əcnəbilər gəldiyi üçün pis oynayırıq. Sadəcə, klub bu prosesə öyrəşməlidir. İlk təcrübə olduğu üçün uyğunlaşma dönəmi geridə qalmalıdır. Birinci dövrə bizim üçün qarışıq keçdi, nəticə də yaxşı deyildi. Buna baxmayaraq, hər şeyin düzələcəyinə inanırıq. Vəziyyəti xeyrimizə dəyişməyə çalışacağıq.

– Sabiq baş məşqçi Aleksey Baqanın bu uğursuzluqda nə kimi rolu oldu?

– Baqanın pis məşqçi olduğunu deyə bilmərəm. Onun əvvəlki komandalarında yaxşı nəticələri olub. Bizə yaxşı futbol sərgiləməyimizdə kömək olacağına inanırdıq, amma alınmadı. Baqa yaxşı məşqçidir, klub üçün də əlindən gələni edirdi. Onun bu çalışqanlığını biz də görürdük. Niyə alınmadı? Çətin sualdır. Bəlkə mentalitet uyğun gəlmədi və ya başqa səbəblər var idi. Bircə onu deyə bilərəm ki, Baqa burada yaxşı nəticə qazanmaq istədi, bunun üçün çox çalışdı. Təkcə Baqada yox, təəssüf ki, klub olaraq “Sumqayıt”da alınmadı. Ona gələcək karyerasında uğurlar arzulayıram.

– Samir Abasov qış fasiləsində ilk iş olaraq əcnəbi futbolçularla yolları ayırdı. Həmin oyunçular çempionatımızda oynayacaq səviyyədə deyildilər?

– Samir müəllimin gəlişi bizə müsbət təsir elədi. Komandanın vəziyyətini düzəltməyə çalışır. Bunun çətin olduğunu başa düşürük. Çünki bu heyəti o yığmayıb. Getdikcə oyunumuz da düzəlir. Fikirləşirəm ki, baş məşqçiyə vaxt lazımdır. Kollektivi tərk edən futbolçular oldu. Bu da başadüşüləndir. Çünki Samir müəllim gələcək üçün öz üslubuna uyğun komanda toplamaq istəyir. Bizim işimiz onun tapşırıqlarına əməl etmək və oynamaqdır.

– Premyer Liqanın ilk yarısında 18 oyunun 17-də meydanda olmusunuz. Öz performansınızdan razısınız?

– Öz performansımı yüksək dəyərləndirməyim doğru çıxmaz. Əlbəttə ki, yaxşı deyil. Çünki komanda 30 qol buraxıb ki, bu da müdafiəçi üçün uğurlu göstərici deyil. Zədədən sonra yeni forma yığmağa başlayırdım. Şükürlər olsun ki, artıq tam düzəlmişəm. Çalışacağam ki, komanda şəklində etibarlı müdafiə olunmaqda köməkçi olum və şəxsi oyunumu yaxşılaşdırım. Arzum ikinci yarıda az qol buraxmaq, çox qələbə qazanmaq və “Sumqayıt”ı yüksək pillələrə qaldrmaqdır.

– Bir ara “Sumqayıt”ın 7-8 futbolçusu birdən Azərbaycan millisinə çağırılırdısa, sonradan heç kimə dəvət gəlmədi. Bu, komanda şəklində uğursuz çıxışın nəticəsi idi?

– Düzdür, əvvəllər “Sumqayıt”dan yığmaya çox futbolçu çağırılırdı. Çünki komanda olaraq uğurlu nəticələr əldə olunurdu. Belədə millinin baş məşqçisinin də diqqətini çəkir və o, oyunçuları izləməyə başlayır. Turnir cədvəlindəki mövqeyimizdən asılı olmayaraq, baş məşqçinin yenə bizi izlədiyinə inanıram. Ancaq bu, futbolun qanunudur. Hansı komanda yaxşı çıxış edirsə, oradan yığmaya daha çox oyunçu çağırılır. Şəxsi performansım yüksək olduğu üçün mən də dəvət alırdım. Həm mən, həm də komanda yoldaşlarım buna layiq idik. Təəssüf ki, hazırda “Sumqayıt” yaxşı nəticə göstərmir. Şəxsi performans aşağı düşüb, uşaqlarda inam bir az azalıb. Klubu yüksək pillələrə daşısaq, yenidən milliyə dəvət alacağımıza əminəm.

– Premyer Liqada sonuncu yeri tutan elitanı tərk edəcək. Hazırda axırıncı pillədəki komandadan cəmi 2 xal öndə olduğunuzu nəzərə alsaq, bu təhlükə sizi qorxutmur?

– “Sumqayıt”ın sonuncu yeri tutaraq, Premyer Liqanı tərk edəcəyini heç ağlımızdan keçirmirik. Əksinə, turnir cədvəlində yuxarılara baxırıq. Qış təlim-məşq toplanışında maksimum dərəcədə yaxşı forma yığmaq istəyirik. İkinci yarını elə keçirməliyik ki, mövsümün yekununda axırıncı yerlərdə qərarlaşan komandalar sırasında olmayaq. Mümkün qədər irəliləmək istəyirik. Buna da nail olacağımıza inanıram.

FƏRİD

Reklam

Reklam

Reklam


Ölkə futbolu2023-02-04 02:48

“Atletik”dən darmadağın

blank
Dünya futbolu2023-02-04 02:20

“Çelsi” doğma meydanda xal itirdi

blank
Dünya futbolu2023-02-04 02:03

“Bayer” səfərdə uduzdu

blank
Dünya futbolu2023-02-04 01:39

Madaqaskar Afrikanın 3-cüsü oldu

blank
Dünya futbolu2023-02-04 00:33

“Başakşəhər”də bir ayrılıq, iki yeni futbolçu

blank
Ölkə futbolu2023-02-03 23:23

Nazim Süleymanova “Ximki”də yeni vəzifə verildi

blank
Digər idman növləri2023-02-03 23:02

Alyona Kolesnik reytinq turnirində bürünc medal qazandı

blank
Dünya futbolu2023-02-03 22:20

Ronaldo “Əl-Nəsr”də qol hesabını açdı

blank
Digər idman növləri2023-02-03 22:00

Azərbaycanın 79 məşqçisi IJF Akademiyasının təliminə qatılacaq

blank
Digər idman növləri2023-02-03 21:40

Azərbaycan idmançılarının fevral ayı üçün reytinq cədvəli açıqlandı

blank
Premyer-liqa2023-02-03 21:24

“Zirə” – “Qəbələ”: 32-ci duel

blank
Digər idman növləri2023-02-03 20:57

“Böyük Dəbilqə”: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2023-02-03 19:51

“Qarabağ” Gəncəyə yola düşdü

blank
Ölkə futbolu2023-02-03 18:31

Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO

blank
Ölkə futbolu2023-02-03 18:00

AFFA “Neftçi”nin şikayətini təmin etdi

blank
Dünya futbolu2023-02-03 17:47

Qvardiola: “Kanselo hər zaman oynamaq istəyir”

blank
Digər idman növləri2023-02-03 17:33

Azərbaycan çempionatının püşkü atıldı

blank
Dünya futbolu2023-02-03 17:15

Məsut Özil “tamam” dedi

blank
Müsahibə2023-02-03 17:04

“Rəqibin nə düşündüyü bizi maraqlandırmamalıdır”

blank
Ölkə futbolu2023-02-03 16:52

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Dünya futbolu2023-02-03 16:42

Arteta 3-cü, Reşford 2-ci dəfə

blank
Dünya futbolu2023-02-03 16:33

“Yuventus” Poqbadan bezib

blank
Premyer-liqa2023-02-03 16:20

“Qəbələ” və “Zirə”nin legionerləri cəzalandı

blank
Ölkə futbolu2023-02-03 16:10

Yüksək Liqada XII turun oyun cədvəli

blank
Dünya futbolu2023-02-03 15:50

Krivotsyuk 600 min avroya satılır – getdiyi klub da bəllidir

blank
Ölkə futbolu2023-02-03 15:41

“Zirə”yə görə Bakıya gəlir – Nigeriyalı futbolçu

blank
Premyer-liqa2023-02-03 15:25

“Kəpəz” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı

blank
Müsahibə2023-02-03 15:00

Vüsal İsgəndərli: “Stabilliyi saxlamaq lazımdır”

blank
Dünya futbolu2023-02-03 14:29

Paytaxt klubunda ispan futbolçu

blank
Dünya futbolu2023-02-03 14:00

Müller tarixi rekordu təkrarladı

blank
Premyer-liqa2023-02-01 20:34

“Zirə” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-02-01 18:38

“Sabah” Qəbələdə 3 cavabsız qola sevindi – VİDEO

blank
Ölkə futbolu2023-01-31 22:53

Saldanya adını “Neftçi”nin tarixinə yazmaq istəyir – VİDEO

blank
Ölkə futbolu2023-01-31 21:03

“Səbail” “Kəpəz”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2023-01-31 18:44

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-01-30 20:36

“Sumqayıt” – “Turan Tovuz” matçında 3 qol – VİDEO

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

Facebook

Gündəm