Dünya futbolu
“Barselona” azarkeşlərindən boykot qərarı
“Barselona” klubunun azarkeşləri La Liqanın 32-ci turunda “Kadis”lə bu gün keçiriləcək oyunu boykot etmək qərarına gəlib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la “Nou Kamp”dakı cavab matçında (2:3) qonaq komandanın azarkeşlərinin çoxluq təşkil eləməsi səbəb olub.
Kataloniya klubunun fanatları turistlərə və qonaq komandaların azarkeşlərinə stadiona giriş imkanı verən sistemi pisləyiblər. Onlar klubun rəhbərliyi əleyhinə aksiya keçirməyi planlaşdırırlar.
“Barselona” – “Kadis” matçı bu gün saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…