Dünya futbolu
“Barselona” La Liqadan qovula bilər
“Barselona”nın başı dərddədir. İspaniya nəhənginin yolu prokurorluqdan düşəcək.
Futbolinfo.az xəbər verir ki, “Barsa”nın Hakimlər Komitəsinin sədr müavini Xose Mariya Enrikesə 3 mövsüm qanundankənar ödəmə etdiyi məlum olub. 2016-2018-ci illər aralığında ödənən 1,4 milyon avronun üstü indi açılıb. Bu məsələ “Barselona”nın hesabından xalların silinməsinə, hətta klubun La Liqadan qovulmasına səbəb ola bilər.
Məsələ ilə bağlı “Barselona”nın prezidenti Xuan Laportadan ilk açıqlama gəlib: “Keçmişdə “Barselona” klubu İspaniya futbol liqalarının aşağı yaş kateqoriyalarındakı oyunçulardan hesabatlar və digər İspaniya klublarının da yararlandığı xidmət olan hakim tövsiyəsini almaq üçün bir qurumla müqavilə imzalayaraq ödəniş edib. Lakin bu xəbərin klubun yüksəliş vaxtında ortaya çıxması heç də təəccüblü deyil”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…