Dünya futbolu
“Barselona” özünə məxsus rekordu yenilədi
“Barselona” İspaniya superkubokunun yarımfinalında “Betis”ə qalib gəlməklə həlledici oyunda iştirak hüququ qazanıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə sayəsində öz rekordunu yeniləyib.
Belə ki, “Barselona” tarixində 25-ci dəfə superkubok uğrunda görüşə çıxacaq. Eyniadlı şəhərin komandası finalda bu baxımdan ən yaxın izləyicisi olan “Real”la (superkubokda 18 final) üz-üzə gələcək.
Xatırladaq ki, heç-heçə nəticələnən “Barselona” – “Betis” matçında (2:2) qalib penaltilər seriyasında müəyyənləşib – 4:2.
“Barselona” ilə “Real” arasındakı final matçı yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi