Dünya futbolu
“Barselona” yeni Suares tapıb
“Barselona” yenə gənc istedad axtarışındadır. İspaniya klubu bu dəfə 17 yaşlı braziliyalıya elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, “Barselona” “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni izləyir. Ona ikinci Luis Suares gözü ilə baxılır. Braziliya klubu da oyunçunun istedadının fərqindədir və onu daha bir müddət heyətində saxlayıb baha qiymətə satmaq istəyir. İspanlar isə elə bu yay transferi rəsmiləşdirmək niyyətindədir.
Roke bir il öncə yetirməsi olduğu “Kruzeyro”dan alınıb. Onun hazırkı klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. Vitorun transfer bazarında hazırkı qiyməti 11 milyon avrodur.