Ölkə futbolu
“Barselona”da yeni müqavilə

“Barselona” müdafiəçisi Markos Alonsoyla müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, Alonso 2022-ci ilin sentyabrında “Barselona” ilə 1 illik müqavilə imzalamışdı. 32 yaşlı müdafiəçi cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol vurub.
Alonso “Barselona”nın əzəli rəqibi olan Madrid “Real”ının yetirməsidir. O, karyerası ərzində “Bolton”, “Fiorentina”, “Sanderlend” və “Çelsi”nin də uğurları üçün çalışıb. Təcrübəli futbolçu İspaniya yığmasında 9 oyuna çıxıb.
“Barselona” gənc futbolçusu Anxel Alarkonla da yeni müqavilə imzalayıb. Kataloniya klubu 18 yaşlı vingeri ilə sözləşmə müddətini 2025-ci ilin yayınadək uzadıb. “Barselona”nın akademiyasına 2018-ci ildə “Espanyol”dan cəlb olunmuş yarımmüdafiəçi əsas komandada da 1 oyun keçirib.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı