İspaniya millisinin futbolçusu Qavi “Barselona” klubunun tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi buna “Osasuna”ya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın IV turunun matçında meydana çıxmaqla nail olub.

Qavi Kataloniya təmsilçisinin tarixində 100 oyun keçirən ən gənc futbolçudur. O, bunu 19 yaş 28 günündə bacarıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan futbolçu 2021-ci ildə əsas komandaya cəlb edilib.

Shares: