Ölkə futbolu
Baş katib Gəncədə inşa olunan Futbol Akademiyasında
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncə şəhərinə səfər edib.
Futbolinfo.az xəbər verir ki, səfər çərçivəsində baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb.
“Kəpəz” Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
İlqar Nadiri bildirib ki, qarşıdakı iki ayda futbol akademiyasının inşasının başa çatdırılması planlaşdırılıb. İşlər bu tempdə davam edərsə, martın sonlarında idman qurğusu açılışa hazır olacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu