Digər idman növləri
Basketbol yığmamız dünya reytinqində gerilədi

Kişi basketbolçulardan ibarət Azərbaycan yığması dünya reytinqində beş pillə geriləyib.
Futbolinfo.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda 66,7 xalla 118-ci sırada qərarlaşıb.
Milli komanda Avropa zonasında 45-cidir.
ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Son dünya çempionu Almaniya isə üçüncü pilləyə (759,7 xal) yüksəlib.
Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”