Ölkə futbolu
Baukdan 3 qol: Kubokda 3-cü dəfə
“Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub.
Futbolinfo.az xəbər verir ki, 3 qol vuran yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridir.
Bauk “Keşlə”nin oyunçusu Xəzər Mahmudovla şərikli bombardir olub. “Qırmızı-qaralar” cari mövsüm kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan komandanın yarımfinala yüksəlməsinə mozambikli legioner öz qolları ilə töhfə verib. O, “Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.
Klesio “Qəbələ”nin tarixinə Azərbaycan kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…