Dünya futbolu
“Bavariya” 6, “Borussiya” tək qolla qalib gəldi
Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, şənbə günü beş qarşılaşma baş tutub.
Lider “Bavariya” bu turda çətin “Hoffenhaym” səfərinə yollanıb. Amma Münhen nəhəngi bu oyunda asan qələbəyə – 6 cavabsız qola sevinib.
Dortmund “Borussiya”sı “Frayburq”la ev oyunundan minimal hesabla qalib ayrılıb. Münhenqladbax “Borussiya”sı da “Auqsburq”la səfər oyununda çətin qələbə qazanıb. “Maynts” “Paderborn”u, “Köln” də “Şalke”ni məğlub yola salıb.
Bu tur keçirilməsi nəzərdə tutulan “Verder” – “Ayntraxt” matçı təxirə salınıb.
Almaniya Bundesliqası
24-cü tur
28 fevral
Fortuna – Herta 3:3
Qol: K.Karaman, 6; 45+1. Tommi, 9 – Tommi, 64-öz qapısına. Kunya, 66. Piontek, 75-pen.
29 fevral
Auqsburq – Borussiya (Münhenqladbax) 2:3
Qol: Louen, 57. Finnboqason, 83 – Bensebaini, 49. Ştindl, 53; 79.
Borussiya (Dortmund) – Frayburq 1:0
Qol: Sanço, 15.
Hoffenhaym – Bavariya 0:6
Qol: Qnabri, 2. Kimmix, 7. Zirkze, 15. Koutinyo, 33; 47. Qoretska, 62.
Maynts – Paderborn 2:0
Qol: Kayson, 29. Onisivo, 37.
Köln – Şalke 3:0
Qol: Bornau, 9. Kordoba, 39. Nubel, 75-öz qapısına.
1 mart
16:30 Yunion – Volfsburq
18:30 Leyptsiq – Bayer
- Ölkə futbolu2024-02-28 09:10
Avropa Liqasının 16 braziliyalısı: yalnız “Benfika” “Qarabağ”dan öndədir
- Ölkə futbolu2024-02-28 08:17
Mahmudov: “Spartak”la matç yoldaşlıq oyunu olsa da…”
- Ölkə futbolu2024-02-29 08:00
21 xallıq intervalla
- Ölkə futbolu2024-02-28 20:49
“Qəbələ” Sxadadzenin debütündə “Qarabağ”a böyük hesabla uduzdu