Dünya futbolu
“Bayer” “Çelsi”nin oyunçusunu geri qaytarmaq istəmir

“Bayer” Kallum Hudson-Odoini heyətində saxlamaq istəyir. Bundesliqa klubu icarəyə götürdüyü futbolçunun çıxışından məmnundur.
Futbolinfo.az xəbər verir ki, “Çelsi”yə məxsus cinah müdafiəçisi “zadəganlar”ın heyətində istədiyi qədər oyun vaxtı almırdı. Bu səbəbdən klub 22 yaşlı yetirməsini yayda bir illik müddətə Leverkuzenə göndərdi. “Bayer”də özünü yaxşı tərəfdən göstərməyə başlayan futbolçu bu səbəbdən özü də İngiltərəyə qayıtmaq istəmir.
Qana əsilli müdafiəçinin “Çelsi” ilə ilyarımlıq müqaviləsi var. Almanlar onu 30 milyon avroya birdəfəlik ala biləcəyinə ümid edir.
