Dünya futbolu
“Bayern”in futbolçusu millidən zədəli qayıtdı

“Bayern”in futbolçusu Leon Qoretska zədələnib.
Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Almaniya millisinin düşərgəsində olan zaman xəsarət alıb.
O, Belçikaya qarşı keçirilən yoldaşlıq oyununda (2:3) sıradan çıxıb.
Lakin Qoretskanın zədəsi yüngüldür. Onun Bundesliqada lider “Borussiya”ya (Dortmund) qarşı keçiriləcək oyuna qədər tam sağalacağı ehtimal olunur.
“Bayern” – “Borussiya” görüşü aprelin 1-də keçiriləcək.
