Bizi izləyin

Milli komanda

Bayram edilməyən qələbə

blank
blank

Qələbə hər zaman şirindi. Milli komandanın uğuru isə ikiqat sevindiricidi. Qazaxıstanın qrup liderliyini təmin etməsindən sonra rəqibin motivasiyasızlığı, hazırkı durumu uğuru kiçiltməyə səbəb verməməlidi. Səfər qələbəsi olduğunu, son dəqiqə şokundan ayılıb yenidən önə keçdiyimizi nəzərə alsaq, milliyə ancaq alqış düşür.

Yığmamızın Millətlər Liqasında qrup qalibi olmayacağı hələ matç başlamadan bəlli idi. İki gün sonra Bakıya gələcək Qazaxıstan Belarusu yenməklə ilk pilləni özünə təmin etdi. Belədə millimizin əsas vəzifəsi liqada qalmağı təmin etmək, son pilləyə enmək perspektivindən uzaqlaşmaq idi. Yaxşı ki, bu problem son tura qalmadan həll edildi.

Rəqibin uzaq keçmişdə Bakıdakı təsadüfi qələbə ilə yendiyimiz, ondan sonrakı bütün oyunlarda uduzduğumuz Slovakiya olduğunu nəzərə alsaq, Trnavada əldə edilən nəticə alqışalayiqdi. Amma bu nəticə yaxşı, sabit oyunun yox, əzmkarlığın nəticəsi idi. Yəqin ki, slovaklara qələbə lazım olsaydı, oyuna ciddi yanaşsaydılar, hətta xal qazanmağımız da mümkün olmazdı. Sadəcə, təsəlli qələbəsi qazanmaq üçün əla fürsət qazandıq və faydalandıq.

Nəsildəyişmə prosesi üzündən bərbad vəziyyətdə olan, üstəlik, turnir perspektivləri erkən dəfn olunan Slovakiyanın matça barmaqarası münasibəti üzündən futbolçularımız yaxşı keçirdikləri ilk hissəni layiq olduğumuz qolla bitirdilər. Fasilədə toparlanan rəqib ikinci hissədə nüfuzu üçün oynadı və yığmamızı “topla döydü”. Dirəkdən dönən zərbələr bir yana, rəqibin real şansları boşa verməsi üzündən uzun müddət hesab dəyişmədi. Lakin oyuna sonradan daxil olan Aleksey İsayev bir andaca vəziyyəti qəlizləşdirdi, penaltiyə səbəbkar oldu.

Slovakiyanın hesabı bərabərləşdirməsindən sonra qalan 2 dəqiqənin millimiz üçün çətin keçəcəyini düşündüyümüz anda əla əks-hücum bizə qolu gətirdi. İsayev səhvini məhsuldar ötürməylə “yudu” və qələbə reallaşdı.

Futbolçuların əməyini kiçiltmək olmaz, amma bu qələbə aldadıcıdı. Xüsusilə Canni de Byazinin seçimlərini, oyuna yanaşmasını alqışlaya bilməyəcəyik. İtaliyalı sadəcə, real durumun təbdən saldığı rəqibin ən pis durumundan uğurla faydalandı. Formada olan, nəticə lazım olan rəqiblər qarşısında millimizin necə bərbad göründüyünü əvvəlki turlarda görmüşük. Göstərici formal oyunda qalib gəlmək deyil, göstərici qrup liderliyini 5 oyuna təmin edən Qazaxıstanın uğurudu.

Rəqibin Lobotka və Şkrinyar kimi iki ulduzunu nümunə göstərməyə də dəyməz. Millinin əzmkarlığı həm də beynəlxalq oyun təcrübəsi kifayət qədər olan “Qarabağ”lıların əsas heyətin yarıdan çoxunu təşkil etməsi ilə bağlıydı. Soyuqqanlılıq, daha peşəkar davranış, xüsusilə ilk hissədə göstərilən səliqəli oyun məhz Ağdam klubunun dəst-xətti idi.

Suallar da hər zaman var. Hər iki qolumuzu milliləşənlər təşkil etdi – qolu vuran da, məhsuldar ötürməni edən də ölkə xaricində yetişənlərdi, hətta Kökçü, İsayev və Haqverdi azərbaycanlı deyil. Ümumiyyətlə, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadədən başqa start heyətdə yer alanların heç biri Azərbaycan futbolunun yetirməsi sayılmır. O zaman sual olunur: AFFA, klublar illərdi nə işlə məşğuldu; kimi yetişdiriblər?

Turnir perspektivi baxımından heç nəyi dəyişməyən bu aldadıcı qələbə məhz milliləşdirilənlərin sayəsində reallaşdı. Davamlı uğur üçün isə çox iş görmək lazımdı. Sistem, struktur dəyişikliyi, futbola yanaşmada yeniliklər olmasa, hər tsikldə yalnız 5-6 xal yığa bilərik, Qazaxıstan kimi qrup lideri ola, böyük turnirlərin final mərhələlərinə yollana, hətta seçmə mərhələlərdə 3-cü yer uğrunda mübarizə apara bilmərik. Belə qələbələrə çox aldanmışıq, nəticədə 30 ildi qismətimizə yalnız təəssüflənmək düşüb.

Və əsas sual Canni de Byazi ilə bağlıdı. Müqaviləsi bitmək üzrə olan italiyalı qapını möhkəm çırpmağı bacardı. Lakin bu, ona növbəti şansın verilməsinə səbəb olmamalıdı. De Byazi böyük hədəflər üçün sistemli iş görə biləcək məşqçi deyil. Onun bacarıqsızlığı əvvəlki matlarda isbatlanıb, dünənki qələbəyə aldanmaq gələcək adına böyük səhv olar.

Xaricdən, daxildən futbolçular yığılıb, milliləşənləri də nəzərə alsaq, “Qarabağ”ın oyun üslubuna sadiq qalmaqla normal futbol nümayiş etdirmək olar. Ancaq de Byazinin mənasız eksperimentləri yaxşı potensialı olan heyəti iflic etdi. İtaliyalı tsikl boyu tənqidlərdən nəticə çıxarsaydı, dünənki kimi 4 müdafiəçiylə, daha çox hücumu düşünən heyət oynatsaydı, indi tamam başqa yerlərdə idik. Canninin aşkar favorit saydığı Slovakiyanı Bakıda da yenmək, Qazaxıstanın etdiyini təkrarlamaq olardı. Bu rəqibin indiki bərbad durumundan faydalanmamaq ayıb oldu.

Hamı bunun fərqindədi. Hamı səbəbləri, reallıqları gözəl bilir və millinin qələbəsini bayram edən yoxdu. Futbolçuların əzmkarlığı alqışlanasıdı, lakin bundan oyanası yoxdu. Azərbaycan futbolu kökündən təmizlənməyincə, həqiqi islahatlar aparılmayınca, futbola baxış, yanaşma dəyişməyincə, təsadüfləri qovacağıq. Hətta “cırtdanlar” əsl inkişaf nümunəsi göstərir, Lüksemburq, Lixtenşteyn sabit futbol oynamağa başlayıb, Türkiyə kimi komandadan səfərdə xal alır və bu, təsadüf deyil, komandanın oyunu var. Biz isə ən zəif komandaya uduzub, ən güclü rəqibi büdrədəcək qədər qeyri-sabitik.

Elxan Məmmədovun əli Azərbaycan futbolundan birdəfəlik kəsilməyincə, onun dəstəsinin üzvləri yola salınmayınca sabaha inam yoxdu. Onları əvəz edənlər də futboldan bixəbər növbəti marketoloq dəstəsi olmamalıdı, futbolda nəhayət, bacarıqlı kadrlar, mütəxəssislər iş başına gəlməlidi. “Qarabağ” nümunəsində olduğu kimi, davamlı uğurları təmin edəcək sistem formalaşmayınca azarkeşlər yığma komandanı bağrına basmayacaq, onu ölkəsinin MİLLİ KOMANDAsı saymayacaq.

Bacarsaz, bu qələbəyə sevinin. Qazaxıstanla oyundan sonra tsiklə soyuq başla, ağıllı, düşündürücü təhlillərlə yekun vurarıq.

VÜSAL MAHMUDOV

Reklam

Reklam


blank
Digər2022-12-01 20:37

Gələn il Azərbaycanda 57 turnir keçiriləcək

blank
Ölkə futbolu2022-12-01 20:15

DÇ-2022: Xorvatiya Belçikaya, Kanada Mərakeşə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-01 20:05

Lider xal itirdi, bir oyun yarıda qaldı

blank
Digər idman növləri2022-12-01 19:43

Azərbaycan kubokuna start verildi

blank
Ölkə futbolu2022-12-01 19:19

“Qəbələ” zədəlilərin durumunu açıqladı

blank
Digər idman növləri2022-12-01 18:44

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

blank
Dünya futbolu2022-12-01 18:33

Mbappeyə meydan oxudu: “Onu tək dayandıracağam”

blank
Ölkə futbolu2022-12-01 18:19

“Neftçi” Ayaz üçün 300 min avro təklif etdi – millimizdə çıxış edəcək

blank
Ölkə futbolu2022-12-01 17:51

Meza Kolli “Neftçi”yə qayıdır

blank
Ölkə futbolu2022-12-01 17:35

“Qəbələ”nin legioneri “50”yə çatdı

blank
I Divizion2022-12-01 17:11

Liderdən doğma meydanda inamlı qələbə

blank
Dünya futbolu2022-12-01 16:50

Xavyer Tebas: “Barselona”ya fərq qoya bilmərik”

blank
Əvəzedicilər2022-12-01 16:33

Rauf Əliyev Gəncədəki durumundan məmnundur: “Başqa təklif yoxdur”

blank
Dünya futbolu2022-12-01 16:27

“Kessye heç vaxt indi olduğu qədər xoşbəxt olmaylıb”

blank
Ölkə futbolu2022-12-01 16:15

“Şamaxı”da yeni hücumçu

blank
I Divizion2022-12-01 15:53

I Divizionda XIII turun oyun cədvəli

blank
Ölkə futbolu2022-12-01 15:36

AFFA-dan “Qarabağ” üçün seminar

blank
Premyer-liqa2022-12-01 15:13

“Sabah”da yeni rekordçu

blank
Dünya futbolu2022-12-01 14:56

2022-ci ilin ən çox qol vuran futbolçuları

blank
Ölkə futbolu2022-12-01 14:29

Kerjakov “Səbail”in baş məşqçisi olacaq? – Açıqlama

blank
Ölkə futbolu2022-12-01 14:08

“Şamaxı”nın qış hazırlıq proqramı açıqlandı

blank
Ölkə futbolu2022-12-01 13:35

“Araz Naxçıvan”da danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2022-12-01 13:11

FİDE reytinqi: Şəhriyarla Teymur ilk “10-luq”dan kənarda

blank
Dünya futbolu2022-12-01 12:46

Messini təhdid edən meksikalı boksçu üzr istədi

blank
Ölkə futbolu2022-12-01 12:10

“Neftçi”dən baş məşqçi ilə problem yaşadığım üçün ayrıldım”

blank
Dünya futbolu2022-12-01 11:58

DÇ-2022: Tarixi rekordu təkrarladı

blank
Dünya futbolu2022-12-01 11:34

Son 52 ilin rekordu

blank
Digər idman növləri2022-12-01 11:03

“Tata Steel İndia”: Şəhriyar sonuncu görüşlərinə çıxır

blank
Ölkə futbolu2022-12-01 10:44

UEFA-dan “Qarabağ”a pandemiya yardımı

blank
Dünya futbolu2022-12-01 10:41

Nunu Mendeş üçün mundial bitdi

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-11-06 18:17

“Səbail” “Sabah”a belə məğlub oldu – VİDEO

Facebook

Gündəm