Dünya futbolu
“Belə davam etsək, “Napoli”yə də məğlub olacağıq” – Messi
İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Osasuna”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın hücumçusu Lionel Messi açıqlama verib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçu, oyunla və Çempionlar Liqası ilə bağlı bunları deyib:
“Bu oyun bütün mövsüm ərzində necə oynadığımızı əks etdirir. İlk hissəni “Osasuna”ya hədiyyə etdik, ikinci hissədə daha yaxşı idik, amma bu, yetərli olmadı.
“Real”ın La Liqanın qalibi olacağını bilirdik, çünki çox xal itirdik. Komanda olaraq özümüzü tənqid etməliyik. Çünki biz “Barselona”yıq və hər zaman qalib gəlmək bizim vəzifəmizdir.
Artıq Çempionlar Liqasını düşünməyə başlamalıyıq və düzəlməli çox şey var. Hamımız qalib gəlmək istəyirik, amma bunun üçün daha yaxşılaşmalı və çox şeyi dəyişdirməliyik. Bu şəkildə davam etsək, “Napoli”yə də məğlub olacağıq”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi