Ölkə futbolu
Benzia “Gent”lə oyunları buraxa bilər
“Qarabağ”ın yeni transferi Yassin Benzia Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxa bilər. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov “CBC Sport”a açıqlamasında bildirib.
O, 28 yaşlı yarımmüdafiəçinin komandaya gec qoşulması səbəbindən hazırlıq səviyyəsinin digər futbolçulardan daha aşağı ola biləcəyini deyib: “Gent”lə oyuna qədər yeni transferlərimizdən minimum iki futbolçu hazır olacaq. Sadəcə olaraq Benzia bizə bir az gec qoşulub. Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Qarşıda vaxtımız var. Yenə də hər şey həmin matça qədər bilinəcək”.
Qeyd edək ki, Ağdam təmsilçisi Benzianı yanvarın 26-da Fransanın “Dijon” klubundan alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Əlavə edək ki, “Qarabağ” “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə