Dünya futbolu
“Beşiktaş”ın prezidenti: “Azərbaycan klubları ilə danışıq aparırıq”
“Xeyriyyə matçı keçirmək üçün Almaniya və Azərbaycan klubları ilə danışıq aparırıq” – bunu Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi deyib.
İstanbul təmsilçisinin rəhbəri “Vodafone Park”da təşkil edilən mətbuat konfransında Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə kömək məqsədilə bir neçə layihələrinin olduğunu bildirib. O, milli komandaların oyunları ilə əlaqədar martın sonlarında yaranacaq fasilə zamanı yoldaşlıq görüşü keçirəcəklərini istisna etməyib: “Həmin fasilədə təşkil olunacaq xeyriyyə matçının gəlirinin zəlzələ bölgəsinə ianə edilməsi planlaşdırılır”.
Qeyd edək ki, bundan əvvəl Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert Azərbaycanda oyun keçirməyin planlarında olmadığını bildirmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu