Bizi izləyin

Müsahibə

“Beşiktaş”la bağlı zamanı gələndə danışarıq” – Mahir Emreli

blank

Futbolinfo.az sizi Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin müsahibəsi ilə tanış edir:

  • Son vaxtlar Türkiyə mətbuatında sizin “Beşiktaş”ın maraq dairəsində olmağınızla bağlı xəbərlər dolaşır. Əvvəlcə buna aydınlıq gətirərdiniz. İstanbul klubundan həqiqətən sizə maraq və ya təklif varmı?
  • Bu barədə başqaları da mənə sual verir, yazır. Amma indi cavab vermək istəmirəm. Zamanı gələndə danışarıq. İndi danışalası bir şey yoxdur.
  • Artıq qış fasiləsidir. Ölkə xaricindən təklif almısınız?
  • Maraqlananlar var. Bunu mən də bilirəm, agentim də. Amma hələ dəqiq bir şey yoxdur. Klubuma rəsmi təklif gəlməyib. Sadəcə, oyunumu izləyiblər, zəng vurub, detallarla maraqlanırlar. Bilirsiniz ki, başqa ölkələrdə çempionatlar davam edir. Onlarda Milad bayramı idi. Hər kəsin cavabı belə oldu ki, oyunları keçirək, bayram bitsin, sonra oturub tam dəqiqliyi ilə danışarıq. Bu, agentimin sözləridir.
  • Artıq 2020-ci il başa çatmaq üzrədir. “Qarabağ” qış fasiləsinə 2-ci pillədə yollandı. Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?
  • Bu il məlum səbəblərə görə hər bir oyuna fərqli yanaşdıq. Yəni, Qarabağ adını daşımağımız ayrı qürur, məsuliyyət olduğu üçün üzərimizə daha çox yük düşdü. Avrokuboklarda qarşılaşdığımız bütün rəqiblər ölkə çempionatlarını oynayıb bitirmişdilər, bizdən daha hazırlıqlı idilər. Biz isə karantin şəraitində olduğumuz üçün ölkə xaricində toplanış keçə bilmədik. Bu dəfə hazırlıq prosesi Qəbələdə oldu. Düzdür, şərait əla idi, amma buradakı oyunlar Avropadakı rəqiblərə qarşı keçirdiyimiz matçlar deyildi. Çıxışımızı pis dəyərləndirmirəm. Dediyim kimi, ağır il oldu. Avrokuboklarda cəmi 2 oyunumuzu evdə keçirdik. Qalan görüşlərimiz səfərdə oldu. Belə bir dönəmdə Avropa Liqasının qrupuna düşmək heç də asan deyildi. Digər komandalara baxanda hazırlıq durumumuz yaxşı deyildi. Real danışsaq, qrupa düşməyimiz mənim üçün uğur idi. Çempionatdakı vəziyyətimizə gəlincə, bilirsiniz ki, 2 cəbhədə oynayırıq. Ən sevmədiyimiz məqam o oldu ki, dayanmadan uçur, yollarda olurduq. Bu da komandada yorğunluq yaradırdı. Bununla belə, Premyer Liqada ili yaxşı bitirdik. Ehtiyatımızda hələ 1 oyun var. Ümid edirəm ki, yeni ildən vəziyyət düzələr, sizinlə yanaşı, azarkeşlər də stadiona gəlib, oyunumuzu izləyərlər. Həm media nümayəndələrinin, həm tərəfdarların stadionda olmaları bizim üçün vacibdir. Əvvəlki futbol üçün darıxmışıq.
  • Bir müddət öncə “Qarabağ”da koronavirusa kütləvi yoluxma halı baş verdi. Sizdə də infeksiya aşkarlanmışdı. Xəstəlik və karantin dövrü necə keçdi?
  • Evdə mən və qardaşım yoluxduq. Qeyri-adi bir hissim yox idi. Sadəcə, 2 gün qızdırma oldu, bədənim ağrıyırdı. Qalan günlərdə isə yalnız öskürək məni narahat edirdi. Ümumi götürsək, xəstəliyi ağır keçirmədim. Sadəcə, müddət bir az çox oldu. 2 həftədən çox karantində qaldım. Artıq tam sağalmışam, hər şey qaydasındadır.
  • Son 2 ayda Azərbaycan Premyer Liqasında 100-dən çox futbolçu və məşqçi virusa yoluxdu. Sizcə, yoluxma sayının çoxluğu nədən qaynaqlanırdı?
  • Yoluxma daha çox milli komandada oldu.Çünki istər-istəməz başqa ölkələrə uçurduq. Bilirsiniz ki, son toplanış zamanı 3 fərqli ölkədə olduq. Təmkin Xəlilzadə, Rahil Məmmədov və Maksim Medvedev həmin vaxt yoluxdu. Bakıda test vermişdik, heç kimdə virus yox idi. Bunadək tək-tük futbolçu xəstələnirdi. Yəqin, millinin səfəri zamanı tutmuşuq. Halbuki çölə də çıxmırdıq, oteldə olurduq. Bəlkə məşq və ya oyun zamanı stadionda olarkən kimdənsə keçib. Açığı, bu barədə heç bir fikrim yoxdur. Hər zaman oteldə 1 otaqda 2 nəfər qalırdıq. Bu dəfə yoluxma riskinə görə hərəyə bir otaq verilmişdi. Hər cür tədbir görülmüşdü. Özümüz də bilmədən yoluxmuşuq. Nə qədər qorunsaq da, virus gəlib adamı tapır. 2 gün əvvəl test verirsən, görürsən neqativdir, 2 gün sonra pozitiv çıxır. Çox maraqlı xəstəlikdir.
  • Milli komanda DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupa düşdü. Şansları necə qiymətləndirirsiniz?
  • Favoritlər onsuz da bəllidir. Amma bəzən adama Kriştianu Ronaldu və ya başqa biri haqqında suallar verirlər. Mən bu cür məqamlara toxunmağı sevmirəm. Onu deyim ki, maraqlı qrupdur. Öz içimdə hər zaman inanmışam ki, nəsə etmək olar. Çünki müasir futbol çox dəyişib. Rəqibini düzgün analiz edən, oyuna yaxşı hazırlaşan və verilən tapşırığı dəqiq yerinə yetirən komanda qalib gəlir. Fərdi utalıq artıq elə də rol oynamır. Düzdür, bəzi oyunlar istisna təşkil edir. Amma hazırda komanda oyununa daha çox üstünlük verirlər. Mənə görə, bunun ən gözəl nümunəsi İslandiya millisidir. Hətta Finlandiya yığmasını da qeyd edərdim, AVRO-2020-yə vəsiqə qazandılar. Komanda hər şeyi doğru edəndə uğur qazanmaq olur. Millətlər Liqasında yeni baş məşqçi ilə mübarizə apardıq. Pandemiya ilə əlaqədar millinin oyunlarına hazırlaşmaq da çətin oldu. Yığmada bir yerdə hazırlaşmağa çox da vaxtımız olmadı. Yalnız turnirin ilk oyununa bir qədər çox hazırlaşa bildik. Vaxt məhdudiyyəti oldu. Buna baxmayaraq, Millətlər Liqasında yaxşı oyunlarımız oldu.
  • Artıq baş məşqçi Canni De Byazinin De Byazinin işinə bələdsiniz. Necə düşünürsünüz, italiyalı mütəxəssis milli komanda ilə seçmə mərhələdə sürpriz edə bilərmi?
  • Bunu zaman göstərəcək. Mən heç nə demək istəmirəm. De Byazinin özü də cavab verib ki, mən sehrbaz deyiləm, baş məşqçiyəm. Mən də futbolçuyam, gələcəyi görmürəm (gülür).
  • Zəif çıxış edəndə də, yaxşı oynayanda da tənqid olunursunuz. Bu amil sizə, oyununuza necə təsir edir? Ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir?
  • Əvvəlki dövrlərdə sosial şəbəkəyə daxil olanda tənqidləri oxuyurdum. Açığı, bir az məni əsəbiləşdirirdi. Amma indi istər haqlı, istər haqsız tənqid olsun, fikir vermirəm. Çünki mənə tənqidi də, tərifi də baş məşqçim Qurban Qurbanov deyir. Mənə görə Azərbaycanda futbolu heç kim onun qədər bilmir. Lazım olan hər şeyi özü mənə deyir. Bəzən kimsə maraq cəlb etmək, reaksiya almaq üçün haqqımda nə isə yazır. Sizin də dediyiniz kimi, bu, yaxşı oynayanda da olur, pis oynayanda da. Deməli, problem məndə deyil (gülür). (Report)
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-02-11 02:12

PSJ-dən inamlı qələbə

blank
Dünya futbolu2024-02-11 02:02

“Real” “Jirona”nı darmadağınla yola saldı

blank
Dünya futbolu2024-02-11 01:46

“İnter” paytaxtdan qələbə ilə qayıtdı

blank
Dünya futbolu2024-02-11 00:41

“Mançester Siti” və “Liverpul” inamlı qələbəyə sevindilər

blank
Dünya futbolu2024-02-11 00:29

Lider çempionu da məğlub etdi

blank
Ölkə futbolu2024-02-10 23:30

1/4 finala 4 vəsiqənin sahibi müəyyənləşdi

blank
Dünya futbolu2024-02-10 23:12

“Qalatasaray”dan inamlı qələbə

blank
Dünya futbolu2024-02-10 23:00

Asiya Kubokunun qalibi müəyyənləşdi

blank
Ölkə futbolu2024-02-10 22:22

“Neftçi” “Spartak”la qarşılaşacaq

blank
Digər idman növləri2024-02-10 21:00

Daha bir badmintonçumuz Bakıdakı turnirdə mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-02-10 20:00

Dviçayo mübarizəni 1/4 finalda dayandırdı

blank
Ölkə futbolu2024-02-10 19:00

“Qarabağ” Belarusda 5-ci oldu

blank
I Liqa2024-02-10 18:10

1-ci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar

blank
Digər idman növləri2024-02-10 17:31

“Sərhədçi”dən “Gəncə” üzərində qələbə

blank
Digər idman növləri2024-02-10 17:00

“Qarabağ”dan liderlə heç-heçə

blank
Dünya futbolu2024-02-10 16:31

Şəhruddinin klubundan yeni transfer

blank
Digər idman növləri2024-02-10 16:00

Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib

blank
Dünya futbolu2024-02-10 15:29

İtaliyada yanvar ayının ən yaxşısı açıqlandı

blank
Dünya futbolu2024-02-10 15:00

Renat Dadaşovun klubundan 2 yeni transfer

blank
Dünya futbolu2024-02-10 14:28

Argentina yığmasının oyunu təxirə salındı – Messiyə görə

blank
Ölkə kuboku2024-02-10 14:00

“Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışda!

blank
Ölkə kuboku2024-02-10 13:33

32 qolla 32 ilin rekordu

blank
Ölkə kuboku2024-02-10 13:00

Ən məhsuldar cüt

blank
Ölkə futbolu2024-02-10 12:22

“Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri satışda

blank
Digər idman növləri2024-02-10 11:49

Azərbaycan badmintonçusu 1/4 finala çıxdı, 2200 reytinq xalı qazandı

blank
Digər idman növləri2024-02-10 11:00

Azərbaycan taekvondoçularından Türkiyə açıq çempionatının ilk günündə 2 medal

blank
Dünya futbolu2024-02-10 10:07

Ozan Canlı “Eyndhoven”dən səfərdə növbəti heç-heçə

blank
Dünya futbolu2024-02-10 10:03

Yeni reytinq: “Qarabağ” və “Neftçi” irəlilədi

blank
Dünya futbolu2024-02-10 09:15

“Real” “Jirona”nın futbolçusunu 8 milyona ala bilər

blank
Digər idman növləri2024-02-10 08:54

“Red Bull”dakı araşdırma mart ayından tez bitməyəcək

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm