Bizi izləyin

Milli komanda

“Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas ola bilməz”

blank
blank

Azərbaycan millisi İsveç üzərində böyükhesablı tarixi qələbə qazandı. Futbol ictimaiyyəti arasında mütləq əksəriyyətin qənaətinə görə, hazırkı yığma komanda müstəqillik illərimizin ən güclü, perspektivli heyətidir. Həqiqətən, az da olsa, bacarıqlı futbolçularımız yox deyil…

Start heyətinə nəzər yetirdikdə, Azərbaycan futbol məktəbinin yetirmələri aşağıdakılardır:

1. Bəhlul Mustafazadə

2. Elvin Cəfərquliyev

3. Rahil Məmmədov

4. Toral Bayramov

5. Coşqun Diniyev

Sonradan oyuna daxil olan Camalov, Emreli, Alıyev, ehtiyatda qalan əksər futbolçularımız da sırf yerlilərdir. Rusiya və Almaniyada yetişən Emin Mahmudov, Ramil Şeydayev, Rinat Dadaşov da qomeşlər, nazarovlar deyil, onlar da özümüzünkülərdir. Deməli, azərbaycanlı futbol oynaya bilir…

Bir-iki qələbəylə bataqlığa sürüklənmiş Azərbaycan futbolu xilas ola, inkişaf edə bilməz! Eyforiyaya qapılmamalı, şəxsi ədavət, prinsip, məqsədlər kənara qoyulmalı, daha dərin təhlillərlə doğru, irəliləyişi təmin edə biləcək inkişaf strategiyası müəyyənləşdirilməlidir.

Millini kim çalışdırsın, yerli/əcnəbi müzakirələri gündəmi zəbt edib, səngimək bilmir. Futbol adına məsələlərə kompleks yanaşılmalı, millinin baş məşqçi seçimi də ümumi strateji xəttin tərkib hissəsi olmalıdır. Əks halda, bu, kampaniya halını almış olur…

Azərbaycan futbolunun ən ağrılı sahəsi uşaq, yeniyetmə, gənclər futboludur. Futbola yaxından-uzaqdan aidiyyatı olan hər kəs bunu bilir, danışılır, ara-sıra müzakirələr aparılır, daha digər məsələlərin gündəmdə olması, bünövrə sayılan uşaq futbolunu kölgədə qoyur.

İsveçlə görüşə start heyətində meydana çıxan futbolçuların 4-ü vaxtilə klublar/cəmiyyətlər, fədakar uşaq məşqçiləri ilə birgə ərsəyə gətirilmiş “Sabahın ulduzları” layihəsindən çıxan/yetişən oyunçulardır. Bu, heyətin 30%-dən(!) çoxu edir. Sonradan oyuna daxil olan “Bakı”lı Mahir Emrelini də daxil etsək, faiz göstəricisi daha yüksək olar. Qeyd olunan siyahıya “Cənub mirvarisi”, Lənkəran futbolunun yetirməsi Toral Bayramovu, “İnter”li  Elvin Cəfərquliyevi, Qəbələ akademiyasının nümayəndələri Elvin Camalovla Qismət Alıyevi, “Neftçi”li/”Qarabağ”lı, zaqatala kökənli Musa Qurbanlını və digər futbolçuları da əlavə etdikdə futbolumuzda daha aydın mənzərə görünür.

Yığmada çıxış edən milliləşdirilmiş futbolçuları siyahıdan çıxdıqda, “Sabahın ulduzları” layihəsindən çıxmış futbolçuların start heyətində təmsil olunma dərəcəsi, ümumiyyətlə, 70-80%-ə(!) bərabərdir. Bu qədər uğur gətirmiş layihə(lər)ə illərdi AFFA tərəfindən niyə biganə yanaşılsın ki?!

Futbolda işlək mexanizmə söykənən konveyer sistemini, ardıcıllığı təmin etmədən istedadların, bacarıqlı futbolçuların üzə çıxması, yetişməsi, inkişafı mümkünsüzdür! Necə ki, uşaqlar ilk addımlarını atır, sistemə salınır, təbii seleksiya aparılır, estafeti akademiyalar qəbul edir, davamını “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Sabah”, “Zirə”, “Turan”, “Sumqayıt”, “Kəpəz” və digər klublar gətirir/gətirməlidir, oyunçuların püxtələşmə dövrü təmin edilir/edilməlidir. Ümumi futbol idarəçiliyi peşəkarlığa söykənən sistemli hala salınmayınca, onlarla, yüzlərlə uşaq üzə çıxmadan itib-batır/batacaq.

Azərbaycan futboluna təmənnasız olaraq, bu qədər xeyir vermiş “Sabahın ulduzları” layihəsinə AFFA-dan bir qəpik də maliyyə ayrılmırdı, bu azmış kimi, ideoloqlar bunu da çox gördülər, hər yolla qarşısı alındı; “Bakı” klub/akademiyası yerlə bir edildi; Lənkəran böyük futbolsuz qaldı; Qəbələdə yaradılmış möhtəşəm şərait, akademiya can üstədir…

AFFA uşaq-gənclər futbolu üzrə 10 yaş qrupu(!) üzrə yarışlar keçirir, keyfiyyətli futbolçu isə yetişmir, ayrılan milyonlar havaya sovrulur. Yaş qrupları üzrə yığmalar beynəlxalq turnirlərdə biabırçı nəticələrlə yadda qalır, məşqçilər “futbolçu yoxdur” fəryadı qoparır. Görülən işlərin təşkilatı səviyyəsi, keyfiyyəti çox aşağıdır.

Uzun illərdir mənasız layihələrə, lippertlərdən tutmuş de byazilərə, əcnəbi idman direktorlarına on, ümumilikdə, yüz milyonlarla vəsait xərcləni(b)r. Futbolumuza xeyir gətirmiş/gətirən az sayda uğurlu layihələr isə vurulur, qarşısı alınır, şəxsi ambisiyalar, məkrli, dağıdıcı planlar futbolun dirçəlməsinə imkan vermir.

Yalançı “layihələrlə”, görüntü, fotosesiya, təqdimat xarakterli uşaq/gənclər “turnir”ləri ilə istedadlar üzə çıxarıla, yetişdirilə bilməz! Uşaq futbolunda hökm sürən özbaşınalığı, sistemsizliyi, yarışların səviyyəsi(zliyi)ni hamı, AFFA-da oturanlar da bilir. Sanki bunlar bilərəkdən edilir, Azərbaycan futbolunun sağlam genefonduna qarşı atılmış riyakar addımdır.

Son illər uşaq-gənclər futbolunun inkişafı ilə bağlı AFFA rəhbərliyi ilə dəfələrlə danışıqlarım, söhbətlərim, konkret təkliflərim olub. Əvvəlkilər bəllidir, yenilərlə də görüşlər keçirilib. Hər dəfə ağızdolusu fikirlər bildirilən, “Sabahın ulduzları” layihəsinə bəy tərifi yağdıran cavabdehlərin niyyətləri, səmimiyyətləri, futbolu “düşünməkləri” bundan o tərəfə keçmir və bir daha sübut olunur ki, bu insanların futbolda olan maraqları fərqlidir, təşəbbüslərin qarşısı görünən/görünməz qüvvələr tərəfindən xəyanətkarcasına alınır. Zatən, illərdi, bunlar sübuta yetirilib artıq…

Azərbaycan futbolunun potensialı yüksəkdir! Yetər ki, sağlam mühit yaradılsın, bütün məsələlərə kompleks yanaşılsın, ölkə, dövlət, dövlətçilik, futbol adına düşmənçiliyə son qoyulsun, ümumi əmək, birlik, görüləcək işlərin müqabilində yeni, neçə-neçə bəhlullar, torallar yetişsin!

TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakim, futbol mütəxəssisi

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2023-11-28 11:33

Lebron Ceymsin ən acı məğlubiyyəti

blank
Digər idman növləri2023-11-28 11:17

Avroliqada ərəb klubu olacaq

blank
Ölkə futbolu2023-11-28 11:00

Norveçdə həlledici matç: “Qarabağ” erkən qoldan qaça bilsə…

blank
Digər idman növləri2023-11-28 10:42

Olimpiya seçmə turnirlərinin püşkü atıldı

blank
Ölkə kuboku2023-11-28 10:23

“Turan Tovuz” – “Göygöl” oyununun biletləri satışa çıxarıldı

blank
Digər idman növləri2023-11-28 10:07

MBA-da həftənin ən yaxşıları

blank
Ölkə futbolu2023-11-28 09:50

Gəncə stadionu yenidən qurulur – FOTOLAR

blank
Dünya futbolu2023-11-28 09:32

Çempionlar Liqasında 5-ci tur başlayır

blank
Dünya futbolu2023-11-28 09:15

“Atletiko” Molinaya 70 milyon avro qiymət qoydu

blank
Milli komanda2023-11-28 08:58

De Byazi özünü tərifləyir: “Rəsm çəkməyə çalışdım”

blank
Dünya futbolu2023-11-28 08:53

Klopp Alissonun zədəsinə görə narahatdır

blank
Ölkə kuboku2023-11-28 08:35

Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək

blank
Dünya futbolu2023-11-28 08:17

Ronaldo penalti qazandı, hakimdən ləğv edilməsini xahiş etdi

blank
Müsahibə2023-11-28 08:00

Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”

blank
Dünya futbolu2023-11-28 02:40

“Jirona”nı büdrədən tapıldı

blank
Dünya futbolu2023-11-28 02:19

“Vulverhempton” “Fulhem”ə məğlub oldu

blank
Dünya futbolu2023-11-28 02:00

“Torino” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2023-11-28 01:30

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Ölkə futbolu2023-11-28 01:03

Qurban Qurbanova həsr olunmuş filmin təqdimat mərasimi keçirilib

blank
Dünya futbolu2023-11-28 00:48

Hüseynovlu “Arda” darmadağına üzüldü

blank
Digər idman növləri2023-11-27 23:47

Azərbaycan çempionatında 3-cü turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2023-11-27 23:33

“Başakşəhər” darmadağına sevindi, “Trabzonspor” xal itirdi

blank
Ölkə futbolu2023-11-27 21:27

“Mingəçevir”də baş məşqçi dəyişikliyi

blank
Digər idman növləri2023-11-27 21:03

“Xarı Bülbül”dən mövsümün ilk qələbəsi

blank
Digər idman növləri2023-11-27 20:20

“Kür” vahid liderliyə yüksəldi

blank
Dünya futbolu2023-11-27 20:00

Bellingemdən növbəti rekord

blank
Dünya futbolu2023-11-27 19:46

Klyuvert bunu 5 mövsümə bacardı

blank
Dünya futbolu2023-11-27 19:33

La Liqada ən çox qırmızı vərəqə alan futbolçu

blank
Ölkə futbolu2023-11-27 19:15

“Şamaxı”da yeni baş məşqçi – RƏSMİ

blank
Ölkə futbolu2023-11-27 19:00

II Liqada 14-cü turun oyun cədvəli bəlli oldu

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm