Bizi izləyin

Layihə

Bir klubdan daha böyük – “Ayaks”

blank
blank

Hər təhsil ocağı eyni səviyyədə ola bilməz. Məsələn, hanısa bir ölkənin ortabab universiteti ilə Kembric və ya Oksford universitetlərini bir tutmaq olmaz.  Məşhur universitetlərin məzunları dünyanı dəyişə biləcək kəşfləri ilə diqqət çəkirsə, ortabab universitetlərdən çıxanlar sadəcə, ailəsini dolandırmaq üçün iş axtarmaq haqqında fikirləşir.

 

Futbol da belədir. Bu gün ikinci və ya üçüncü “sort” futbol ölkələrinin klublarının məktəbləri ilə “Barselona”, “Ayaks” və ya “Sportinq”in akademiyalarının yetirmələrini tərəzinin bir gözünə qoymaq olmaz.  Hətta Avropanın hər böyük klubu belə mükəmməl akademiya formalaşdıra bilmir.

 

Yeniyetmə futbolçuları gələcəkdə ulduz səviyyəsinə gətirmək üçün xüsusi təlim metodları olmalıdır. Bunun üçün isə səbr və işi sevmək tələb olunur. Təbii ki, bu mənada “Ayaks” akademiyası dünyanın ən sayılıb-seçilən “futbol ocaqlarından” sayılır.  Əlbəttə, bu akademiyadan çıxan hər futbolçu çıxış etdiyi komandanın liderinə və ya hamının həsəd aparacağı ulduza çevrilmir, amma böyük əksəriyyət iz qoymağı bacarır.

 

O da var ki, hər böyük futbolçu da akademiya məzunu deyil. Məsələn, Cənubi Amerikadan Avropaya gələn futbolçular Braziliya, Argentina və ya Uruqvayda böyük akademiyalar görməyib. Təbii ki, bu mənada anadangəlmə istedad böyük şərtdir. Amma şəraitsiz vəziyyətdən barmaqla sayıla biləcək istedadlı oyunçu çıxarsa, şəraiti olan yerdə hətta böyük istedadı olmayan futbolçuları da ulduza çevirmək mümkündü. Bu mənada klub akademiyaların əsl fabrikə bənzətmək olar.

 

“Ayaks” akademiyasında oyunçuların necə yetirşdirilməsi haqqında kitablar yazmaq olar. Bütün bunları qısa bir yazıya sığışdırmaq çətindir. Mümkün qədər bu çətin işin öhdəsindən gəlməyə çalışacağıq.

 

Zədədən yayınmağın yolunu öyrədən akademiya

“Ayaks”ın uşaq-yeniyetmə komandalarında məşq edən oyunçularla fərdi çalışmağa üstünlük verilir. Bu, bir uşağın formalaşmasında ən vacib şərtdir. Uşaqlar diqqətə həssas olduqlarından onlarla ayrıca maraqlanmaq lazımdır. “Ayaks”da məşqçilər bu mənada əsl psixoloq və pedaqoq rolunu oynayır.

 

Adətən, belə komandalarda  1 əsas məşqçi və onun köməkçiləri olur. Hər komandada 16-18 futbolçu yer alır. Təbii ki, onlar da akademiyaya qəbul olunan uşaqlar arasında öz yaş qrupuna görə seçilir. Məhz seçilmiş uşaqlardan da yaş qrupuna uyğun komanda yaradılır. Amma amsterdamlılar klassik yolla getmirlər. Bu cür komandalarda ümumilikdə təxminən 10 məşqçi işləyir. Hücumçular, müdafiəçilər və qapıçılarla çalışan məşqçilərin fərqli olması “Ayaks” akademiyasının xüsusi özəlliklərindən biridir.

 

İş bununla da bitmir. Hər nə qədər futbolda amplualara görə bölgülər əsas götürülsə də, amsterdamlılar fərqli bölgülərdən də istifadə edir. Uşaq komandasında fiziki hazırlıq, qaçış üzrə məşqçilərlərlə yanaşı, zərbə, ötürmə, driblinq, gimnastika və cüdo üzrə mütəxəssislər də çalışır.  Bütün hazırlıq elementləri proqram çərçivəsinə salınıb. Əsas məqsəd futbolçuların doğru istiqamətdə yetişməsini təmin etməkdir.

 

Akademiyada hətta uşaqlara zədədən yayınmağın yollarını da öyrədirlər. Bunun üçün xüsusi tədris vəsaitləri hazırlanır. Bunu mənimsəyənlər gələcəkdə böyük zədə riskindən qurtula bilir.

 

Ümumiyyətlə, “Ayaks”ın akademiyasında komandalar 3 yaş kateqoriyasına bölünür: 8-12, 13-16 və 17-19 yaş. Birinci qrupdakı uşaqlarla çox intensiv iş aparılır. Bu iş əsasən təxminən 2 saat ərzində toplu çalışmalar üzrə vərdişlərin təkmiləşdirilməsinə yönəldilib. 13-16 yaşlıların qrupuna gəlincə, digər klubların akademiyalarında hesab edirlər ki, bu yaşda fiziki yükləmələri artırmaq lazımdır. İlk baxışdan hər şey düzdür: uşaq böyüyüb və daha çox çalışmalıdır. Amma “Ayaks”da bu vəziyyətə fərqli yanaşırlar. Bu yaş qrupunda da məşqlərin sayı eynilə azyaşlılarda olduğu kimi, 3-ə bərabər olur, üstəlik, komanda həftədə 1 oyun keçirir. Məşqlərin vaxtı isə hətta azaldılır.  Çünki “Ayaks”ın akademiyasında hesab edirlər ki, orqanizmin inkişaf etdiyi fizioloji cəhətdən çətin dövrdə yüklənmənin artırılması zədəyə meylliliyin artması, elastikliyin itirilməsi və futboldan erkən yorulma kimi mənfi təzahürlər ortaya çıxara bilər.

 

Elə yuxarıda qeyd etdiyimiz kimi, zədədən yayınmaq metodlarını haradasa bununla əlaqələndirmək olar. Futbolçular yükləndikcə zədəyə meyillik artır. Bunun qarşısını almaq üçün isə yeniyetmə futbolçuları belə desək, yükləməmək lazımdır.

 

Yetkinlik dövrü geridə qalanda, yəni futbolçuların 17 yaşı olanda, məşqlər daha intensiv olmağa başlayır və onların sayı artaraq həftədə 5-ə çatır. Fiziki hazırlığa, o cümlədən idman zalındakı çalışmalara qalan komponentlər kimi yer ayrılmağa başlayır.

 

Təhsil futbol qədər vacibdir!

“Ayaks” akademiyasını digərlərindən fərqləndirən əsas özəllik isə burada skaut sisteminin mükəmməl qurulmasıdır. Adətən, təhsil ocaqlarına qəbul olmaq istəyən yeniyetmələr özləri bu qapını döyürsə, “Ayaks” funksionerləri dağı Məhəmməd tərəfə gətirirlər. Bu klubun skautları “təğyiri libas” olub akademiyaya istedadlı yeniyetmə cəlb etmək üçün səfər edirlər.

 

“Ayaks” akademiyasının ştatında 6, ştatdankənar isə 60-a yaxın skaut işləyir. “Ayaks”ın xüsusi 5 nəfər skautu da Niderlanddan kənara çıxaraq ölkəyə “hazır xammal” gətirir.  Ştatdandkənar skautların iş qrafiki həftədə 16 saatdır. İlboyu ölkəni gəzir, həvəskarlar və uşaqların da iştirakı ilə saysız-hesabsız matçları izləyirlər. Onlar hətta 5 yaşlı uşaqları da gözdən keçirirlər. Bəyəndikləri futbolçular baxışa dəvət olunur, sonra ən yaxşıları akademiyaya götürülür.

 

Ancaq tələblər çox sərtdir: baxışa gələn 50 nəfərdən yalnız 2-si qalır. Üstəlik, hər ilin fevralında “İstedad günləri” adlı festival keçirilir, bir həftə ərzində istənilən şəxs akademiyaya gələ bilir. Amma orada da seçim çox ciddi aparılır: 1000 nəfərdən sonda təkcə 5-i dəvət alır.

 

“Ayaks”ın akademiyasında uşaqların məktəb təhsilinə də xüsusi önəm verirlər. Akademiyanın daxilində təhsil futbol qədər önəmlidir. Klub yeniyetmənin yaxşı futbol oynaması ilə yanaşı, həm də daha savadlı olmasında maraqlıdır. Əlbəttə, 16-17 yaşlılar üçün futbol ilk plana çıxır, amma onların müvəffəqiyyət dərəcəsinə də diqqətlə yanaşılır. Akademiyanın ştatında pedaqoqlar yer alır, futbolçular onların müşahidəsi altında ev tapşırıqlarını hazırlayırlar. Müəllimlər eyni zamanda yeniyetmə oyunçuların təhsil aldığı məktəblərdəki həmkarları ilə tez-tez əlaqə saxlayır və lazım gələrsə, akademiyada əlavə məşğələlər keçirlər.

 

Azyaşlıların gündəlik rejimində adi təhsilə daha geniş yer ayrılır. Böyüklər məktəbdən sonra dərhal məşqə yollanır, nahar edir və yalnız bundan sonra ev tapşırıqlarını hazırlayır. Kiçik yaşlılarda isə hər şey əksinədir: əvvəlcə nahar, sonra ev tapşırığı, ardınca isə məşq. Dərslərini hazırlamayanlar məşqlərə buraxılmırlar.

 

Yeri gəlmişkən, “Ayaks” akademiyasında təhsil alanların 5 faizi xarici ölkələrdən gətirilən yeniyetmələr olur.

 

Akademiyadakı şərait haqqında çox danışmaq olar. Akademiyanın qərarlaşdığı baza “De Toekomst” adlanır ki, bu da Niderland dilindən tərcümədə “gələcək” deməkdir. Bazanın ərazisi 140 min kvadrat metrdir. Burada 4 təbii və 4 süni meydança var. Məşq meydançaları ilə yanaşı, “Ayaks”ın yeniyetmələrdən ibarət komandaları üçün 2000 azarkeş tutumuna malik ayrıca stadion da diqqət çəkir.

 

Maraqlıdır ki, “Ayaks”ın yeniyetmələrinin məşqini istənilən şəxs bazaya daxil olaraq izləyə bilər. Buna səbəb uşaqların indidən kənardan təzyiqə və diqqətə alışmasıdır.

 

Bazanın ayrıca qapalı idman mərkəzi də var. Burada akademiyanın müdavimlərinə gimnastika, cüdo və başqa idman növləri ilə məşğul olmağa şərait yaradırlar və onlara həmin idman növlərinin mütəxəssisləri məşq keçir.

 

Konkret taktikaya gəlincə, yeniyetmələrə Rinus Mihelsin kəşf etdiyi total futbol oyununu aşılayırlar. 10 yaşından sonra uşaqlar meydanda 11 nəfərlə mübarizə aparırlarsa, 7 yaşına qədər 8, 10 yaşına qədər isə 9 nəfərlə münasibətlərinə aydınlıq gətirir. Bütün komandalar 4-3-3 taktikası ilə oynayır.

 

Yeri gəlmişkən, akademiyada 12 yaşına qədər uşaqlara qətiyyən taktiki məşqlər keçmirlər, yeniyetmələrin beynini sxemlərlə doldurmurlar.

 

Maraqlıdır ki, uşaqların yetişdirlməsinin bütün xərclərini klub özü çəkir. Yalnız valideynlər ildə 15 avroluq sığorta haqqı ödəyir. Buna baxmayaraq, akademiyanın öz sponsorları da var. Uzun illərdir ki, “Ayaks”ın akademiyasına Almaniyanın nüfuzlu “Adidas” şirkəti sponsorluq edir. Şirkət öz idman məhsulları və qurğularını akademiyaya gətirərək onları reklam etməklə həm də qazanır.

 

AĞA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

 

blank
blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-01-20 02:14

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-01-20 01:03

“İnter” də finala darmadağınla yüksəldi

blank
Dünya futbolu2024-01-19 23:23

“Qarabağ”ın rəqibi daha bir futbolçusu ilə yolları ayırdı

blank
Digər idman növləri2024-01-19 22:50

“Sumqayıt” “Xırdalan”a məğlub oldu

blank
Dünya futbolu2024-01-19 22:35

“Tottenhem” Perişiçi icarəyə verdi

blank
Dünya futbolu2024-01-19 21:57

Super Liqa klubunda baş məşqçi dəyişikliyi

blank
Digər idman növləri2024-01-19 21:26

Azərbaycan birinciliyində komanda yarışlarına yekun vuruldu

blank
Müsahibə2024-01-19 21:19

“Qısa müddətdə ən yüksək keyfiyyətdə hazırlıq keçdiyimizi düşünürəm”

blank
Digər idman növləri2024-01-19 20:38

Favoritlərin rahat qələbəsi: Mirra nağılı davam edir

blank
I Liqa2024-01-19 20:38

I Liqada 13-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-01-19 20:00

“Təəssüf ki, üstünlüyü son hissədə əldən verdik”

blank
Digər idman növləri2024-01-19 19:29

“Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi”

blank
Digər idman növləri2024-01-19 18:41

“Çəkimdəki bütün güləşçiləri özümə ciddi rəqib sayıram”

blank
Digər idman növləri2024-01-19 18:01

Talat Ünlü yığma komandalarımızı ziyarət edib

blank
Dünya futbolu2024-01-19 17:38

“Barselona”nın 1/4 finaldakı rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-01-19 17:19

“Xəzri” liderliyə yüksəldi

blank
Ölkə futbolu2024-01-19 17:00

Tələbə Futbol Federasiyası İctimai Birliyinin növbəti iclası keçirilib

blank
Digər idman növləri2024-01-19 16:41

“Karyeramın əsas yarışıdır” – Nicat Abasov

blank
Ölkə futbolu2024-01-19 16:20

“Turan Tovuz” “Neftçi”nin iki futbolçusunu icarəyə götürdü

blank
Digər idman növləri2024-01-19 16:05

Bö həmyerlisinin rekorduna bir addım da yaxınlaşdı

blank
Ölkə futbolu2024-01-19 15:50

Dünya çempionu 29 yaşında vəfat etdi

blank
Ölkə futbolu2024-01-19 15:35

Salah millidə zədələndi

blank
Digər idman növləri2024-01-19 15:23

“Azərbaycan boksunun 100 illik yubileyinə öz töhfəmizi vermək istəyirik”

blank
Ölkə futbolu2024-01-19 15:08

19 il öncəki tarixi qələbənin iştirakçısı: “Uduzmağa haqqımız yox idi”

blank
Dünya futbolu2024-01-19 14:57

“Qarabağ”dan ayrılan futbolçu İspaniya klubunda

blank
Dünya futbolu2024-01-19 14:38

Cerrardla yeni müqavilə

blank
Dünya futbolu2024-01-19 14:19

Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçusu

blank
Digər idman növləri2024-01-19 14:00

Karlos Sayns “Dakar”da çempion oldu

blank
Ölkə futbolu2024-01-19 13:46

“Şamaxı”dan növbəti transfer

blank
Dünya futbolu2024-01-19 13:32

Vinisius Mbappenin transferinin əleyhinədir

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm