Müsahibə
“Bir oyun mövsümün çempionunu müəyyən edə bilməz”
“Neftçi”nin hücumçusu Qodsvey Donyonun futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”a 1:3 hesablı məğlubiyyətin səbəbi nədir?
– Komanda şəklində yaxşı oynadıq. Öz oyunumuzu meydanda göstərməyə çalışdıq və rəqibə böyük təzyiq edirdik. İlk hissədə yaxşı motivasiya və yaxşı oyun var idi. Yaxşı fokuslanmışdıq və müsbət enerji göstərirdik. Lakin sonradan nə baş verdiyini bilmədim, fikrimcə, biz nəzarəti itirdik.
– Bu məğlubiyyət komandaya pis təsir edəcəkmi?
– Yenilgi oyunumuza təsir etməyəcək. Son oyunda buraxdığımız səhvlərdən nəticə çıxardıq və eyni səhvləri təkrarlamamaq üçün birlikdə çox çalışırıq. Bir oyun mövsümün çempionunu müəyyən edə bilməz. Hələ çox oyun var və biz hələ bir neçə dəfə qarşılaşacağıq. Əsas odur ki, oyunlarda qalib gəlsək, çempion ola bilərik.
– Sonuncu dəfə 4 tur öncə qol vurmusan. Bir hücumçu üçün bu, necə nəticədir?
– Qol vurmayan hücumçu bir az əsəbi olur. Bilirəm ki, daha çox şey etməliyəm, amma bir hücumçunun qol vurması həm də şans qazanmağa kömək edəcək komandadan asılıdır.
– Çempionluq mübarizəsi kimlər arasında gedəcək?
– Bütün yaxşı komandalar qızıl medallar üçün oynayacaq.
– Azarkeşlər hazırki “Neftçi”yə inanır. Sizcə, etimadı doğrulda biləcəksiniz?
– Düşünürəm ki, çox yaxşı heyətə sahibik. Ona görə də ümidləri doğrultmaq üçün çalışacağıq.
– “Turan Tovuz”la oyuna hazırsız?
– Biz özümüzə inanırıq. Komandamız bu matça 3 xal üçün çıxacaq və biz qalib gələcəyik. Rəqib yaxşı komandadır və bizim üçün asan olmayacaq.
ABBAS