Dünya futbolu
“Biz çempionuq” – Mahir Emreli
Futbol üzrə Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 17-ci turu çərçivəsində “Riyeka”ya qarşı keçirdikləri uğurlu səfər oyunundan sonra “İnstagram” hesabında paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, sözügedən oyunda iki qol vuran azərbaycanlı futbolçu bunun üçün komanda yoldaşlarına borclu olduğunu deyib:
“Bu komandanın üzvü olduğum üçün qürur duyuram. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq!”
Xatırladaq ki, “Riyeka” – “Dinamo” matçı zaqreblilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbəyə dublla töhfə verən Mahir 72 və 85-ci dəqiqələrdə fərqlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”