Ölkə futbolu
“Biz də kuboku qazanmaq istəyirik” – “Səbail”in futbolçusu

“Səbail”in futbolçusu Rafael Məhərrəmli klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, gənc oyunçu komandasının Azərbaycan Kubokunun 1/8 finalında MOİK üzərində qazandığı qələbə və 1/4 final mərhələsindəki rəqiblə bağlı fikirlərini bildirib:
“Azərbaycan Kubokunda ilk matçımızı keçirdik. Təbii ki, meydana qələbə üçün çıxmışdıq. Kubok oyunları hər zaman gərgin olur. Burada rəqibin Divizion və ya Premyer Liqa komandası olmasının fərqi olmur. MOİK-ə qarşı oyunumuz istədiyimiz kimi alındı. Qələbə qazanmağı bacardıq. Hazırda komandamızda əhvali-ruhiyyə yaxşıdır. 1/4 final mərhələsindəyik və rəqibimiz “Sabah”dır. Bu komanda haqqında xüsusi fikir bildirməyə, məncə, ehtiyac yoxdur. Çox güclü rəqibə qarşı oynayacağıq. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Lakin dediyim kimi, rəqibin kimliyindən aslı olmayaraq, bizi çətin və bir o qədər də maraqlı oyun gözləyir. Bütün komandalar kimi biz də kuboku qazanmaq istəyirik. Bunun üçün də var gücümüzlə çalışacağıq. Mərhələ adlayıb, irəliləmək istəyirik. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq