Digər idman növləri
Boksçularımız Macarıstana yollandı

İyunun 6-da Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək.
Futbolinfo.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Baş məşqçi Elbrus Rzayev turnirdə Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Tamerlan Əlimzanov ( hər ikisi 57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Abbasqulu Şadlinski (63,5) və Fərhad Şeydayevə (75 kq) şans verəcək.
Qız boksçuların yarışında isə məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında Banuçiçək Nəsirli (46 kq), İnci Məcidli (50) və Özləm Həsənova (63 kq) qüvvəsini sınayacaq.
Bu gün səfərə yollanan komanda iyunun 10-da Bakıya qayıdacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat
- Ölkə futbolu2023-09-14 09:30
Melano “Neftçi”yə Korreanın məsləhəti ilə gəlib