Digər idman növləri
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb.
Futbolinfo.az xəbər verir ki, yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb.
O, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib. Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”