Ölkə futbolu
BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

Yaşar Məmmədzadə adına Mingəçevir mərkəzi şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir. Yararsız vəziyyətdə olan tribunalara əl gəzdirilib və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən komandaya hədiyyə olunan 2000 plastik oturacağın quraşdırılmasına başlanılıb.
Artıq 1000-ə yaxın plastik oturacaq stadionun əsas tribunasına quraşdırılıb.
Qeyd edək ki, yaxın 10-gün ərzində sınıq-salxaq vəziyyətdə qalan oturacaqlar da tam şəkildə yenilənəcək.
BƏHRUZ MUSAYEV, Mingəçevir
