Ölkə futbolu
Bölgə futbolu: Bərbad gündə olan Bərdə stadionu – VİDEOREPORTAJ

Bu kadrlar Bərdə stadionundandı…
42 il öncə istifadəyə verilən şəhər mərkəzi stadionu Stadion 5000 azarkeş tutumuna malikdir. Birzamanlar burada Azərbaycan çempionatının yüksək dəstəsində mübarizə aparan komandalar ev oyunlarını keçirib. Müxtəlif vaxtlarda bu şəhərin “Pambıqçı”, sonradan adını dəyişərək “Qarabağ” adlanan təmsilçsi yerli azarkeşlərin sevincinə səbəb olub.
“Pambıqçı” hələ SSRİ dönəmində mövcud olub və müntəzəm olaraq respublika çempionatında çıxış edib. Müstəqilliyin əldə edilməsindən sonra 1992-ci ildə təşkil olunan ilk Azərbaycan çempionatında 26 komanda arasında “Pambıqçı” da var idi. Bölgə əhalisinin əsas məşğuliyyətini adı ilə tərənnüm edən kollektiv 1998-ci ilə kimi güclülər dəstəsinin sakini olub. Yeni əsrin əvvəllərində bu missiyanı qısa müddətdə “ABN-Bərdə” yerinə yetirib.
Həmin dönəmdə stadionda kosmetik təmir işləri aparılıb. Komanda 2010-cu ildə fəaliyyətini dayandırdıqdan sonra baxımsız qalan arena indi uçub dağılan bir məkanı xatırladır. Qazon tamamilə sıradan çıxmaq üzrədir. Yerli sakinlər stadionun mövcud durumundan narahatdırlar. Onlar stadionun bu vəziyyətə olmasını yerli futbol komandasının yoxluğu ilə əlaqələndirirlər.
Rayon sakinlərinin sözlərinə görə, arenaya əl gəzdirilsə, buranı ölkənin ən gözəl stadionlarından birinə çevirmək olar. Yerli sakinlər stadion yenidən bərpa olunacağına ümid edirlər. Onlar inanılarki, aidiyyatı qurumlar gələcəyin istedadlı futbolçularının yetişməsi, eyni zamanda yerli futbolsevərlərin asudə vaxtını səmərəli keçirməsi naminə bu stadionun təmir olunmasını öz dəstəklərini verəcəklər.
Bəhruz Musayev, Bərdə

- Ölkə futbolu2023-05-23 20:41
Şeydayevin başqa müştəriləri də var imiş
- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu