Ölkə futbolu
Bölgə futbolu: “Kəpəz” Gəncə hazırlığına azarkeş dəstəyi ilə başladı

“Kəpəz”in Bakı toplanışı başa çatıb. İki günlük istirahətdən sonra “sarı-göylər” Premyer Liqanın yeni mövsümünə hazırlığın növbəti mərhələsini Gəncədə davam etdirir.
Komanda yeni transferlər və baxışda olanlarla birlikdə Nizami yurdunda ilk məşqinə də çıxıb. Məşqdə komandanı azarkeşlər tək qoymayıblar. Toplanışı izləyən 30-a yaxın fanat müxtəlif şuarlarla komandaya dəstək olublar, sarı-göy rəngdə fişənglər yandırıblar.
Çempionatın startınadək hazırlıqlarını Gəncədə sürdürəcək “Kəpəz” yoldaşlıq görüşləri də keçirməyi hədəfləyib.
Qeyd edək ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda “Zirə”ni qəbul edəcək.
BƏHRUZ MUSAYEV
