Ölkə futbolu
BÖLGƏ FUTBOLU: Yaşar Məmmədzadə stadionu yeni mövsümə hazırlanır
Yeni mövsümdən “Mingəçevir” ölkə çempionatının I divizionunad mübarizə aparacaq. Keçmişdən bugünə “Ulduz”, “Toxucu”, “Avtomobilçi”, “Kür-Nur”, “Energetik” adları altında müxtəlif liqalarda çıxış edərək uğurlar qazanan Mingəçevir futbol məktəbinin yetirmələri, nəhayət, zəngin futbol ənənələrini davam etdirmək fürsəti qazanıb.
Təxminən bir ay sonra birinci divizionda mövsümə start veriləcək. O zamana kimi 5200 yerlik Yaşar Məmmədzadə adına şəhər stadionu əsaslı şəkildə təmir olunaraq tamaşaçıların və klubun istifadəsinə verilməlidir.
Hazırda stadionda genişmiqyaslı təmir işləri aparılır. Mövsüm başlayana qədər tribuna, soyunub-geyinmə otaqları, oturacaqlar və digər sahələrdə təmir işlərinin yekunlaşması nəzərdə tutulub.
Onu da qeyd edək ki, avqust ayında stadionun ətrafında süni örtüklü meydança quraşdırılacaq. Bunu Klubun İdarə heyətinin rəhbəri Rövşən Əhmədov bildirib.
“Mingəçevir” sözügedən arenada məşqlərə başlayıb. Klubda həm yerli, həm də digər bölgələrdən dəvət olunan futbolçulara baxış keçirilir. Onlar arasında seçim edildikdən sonra komanda qarşıdakı günlərdə yoldaşlıq oyunlarında da qüvvəsini sınayacaq.
BƏHRUZ MUSAYEV
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir