Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Mats Hummelslə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2019-cu ildə “Borussiya”ya qayıdan Hummels 2009-2016-cı illərdə də bu komandanın uğurları üçün çalışıb. O, Dortmund klubunda 2010/2011 və 2011/2012 mövsümündə Almaniya Bundesliqasının qalibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp