Dünya futbolu
“Borussiya”da yeni müqavilə
“Borussiya” (Münhenqladbax) futbolçusu Kristof Kramerlə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Kramer 2016-cı ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm komanda ilə Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 məhsuldar ötürmə edib.
“Borussiya” gənc sağ cinah müdafiəçisi Saymon Valde ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı oyunçunun yeni və peşəkar müqaviləsi 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”