Dünya futbolu
“Borussiya”nın qapıçısından möhtəşəm göstərici
Futbol üzrə İsveçrə milli komandasının qapıçısı Yann Zommer tarixi uğura imza atıb.
Futbolinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında nail olub.
61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bunu bacarıb. Hesablamada penaltilər seriyasına daxil edilən 11 metrlik zərbələr nəzərə alınmayıb.
Yann Zommer 2020-ci ilin noyabrından indiyədək 5 penaltinin qolla nəticələnməsinə icazə verməyib.
Zommer 2014-cü ildən Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun uğurları üçün çalışır. O, İsveçrə yığmasında 76 oyun keçirib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu