MBA-da final seriyasının 3-cü oyunu baş tutub. Dallasda keçirilən görüşdə yenə də “Boston Seltiks” qələbə qazanıb.

Evdə qazandığı iki qələbədən sonra Massaçusets təmsilçisi səfərdə də üstün olub – 106:99. İlk hissə bərabər mübarizədə keçib, 3-cü period həlledici alınıb. Bostonlular periodu 35:19 hesablı üstünüklə tamamlayıblar. Son periodda “Maveriks” nə qədər çalışsa da, məğlubiyyətdən yaxa qurtarmayıb.

Meydan sahiblərində bu dəfə Kayri İrvinq 35 xal toplayıb. Donçiçin aktivində 27 xal var. Qonaq komandada Teytum 31, Braun isə 30 xal yığıb.

Seriyanın növbəti oyunu da Dallasda keçiriləcək. Qələbə sayəsində “Seltiks” çempionluğu rəsmiləşdirə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp