Kobe Brayantin oyun forması 1,2 milyon dollara satılıb.

Məşhur müdafiəçinin 12 aprel 2013-cü ildə “Qolden Steyt Vorriors” ilə dabanından zədələndiyi oyunda geyindiyi forma hərraca çıxarılıb. Brayantın imzalı formasının üstündə, 2013-cü ilin fevralında vəfat edən “Leykers”in məşhur sahibi Cerri Bussun xatirəsinə “JB” hərfləri həkk edilmiş etiket var.

Xatırladaq ki, Kobinin 2007-08 MVP mövsümündə geyindiyi forma vaxtilə 5,8 milyon dollara satılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp